4 may 2011 12:52
Uinston Parks: Biz bunu bacaracağıq
Zədə səbəbindən "İnter"lə oyunda ehtiyatda qalan və yalnız ikinci yarıda meydana çıxan kosta-rikalı futbolçu Uinston Parks artıq məşqlərdə tam qüvvəsi ilə iştirak edir. Azerisport.az xəbər verir ki, üç qolla Azərbaycan Kubokunun bombardiri olan hücumçu bu günkü oyundan qələbə gözləyir:
"Artıq özümü yaxşı hiss edirəm. Oyuna tam hazır olduğumu deyə bilərəm. Əlbəttə, qarşıdakı oyun çox çətin olacaq. Rəqibi ötən oyunda məğlub etdiyimizdən, onlar kifayət qədər əsəbi olacaqlar. Oyundan nə gözləyirəm? Əlbəttə ki, qələbə. Lakin bunun üçün biz çox diqqətli olmalıyıq və əlimizə düşən hər bir fürsətdən yararlanmalıyıq. Azarkeşlərimizində, komandanın da bu qələbəyə ehtiyacı var. Ümid edirəm ki, biz bunu bacaracağıq".
