5 may 2011 13:56
XL daha bir hollandiyalıya rəsmi təklif göndərdi
“Xəzər Lənkəran” daha bir hollandiyalı mütəxəssislə güclənə bilər. Azerisport.az xəbər verir ki, bu, hazırda Hollandiyanın C-1 klublarından “AZ Alkmaar”da məşqçilik edən Qideonu van der Vidi.
Artıq Lənkəran klubunun rəhbərliyi bu mütəxəssisə təklif də göndərib. Bu haqda 30 yaşlı mütəxəssis özü məlumat verib: “Mümkündü ki, bundan sonra sözügedən klubun inkişafı üçün çalışım. Mən bu haqda düşünməliyəm”.
Qeyd edək ki, hazırda cənub klubunun uşaq və gənclər futbolu üzrə direktoru vəzifəsində daha bir hollandiyalı mütəxəssis Fabian Veldviyk çalışır.
