5 may 2011 14:32
AzTV Neftçi - İnter oyununun vaxtını dəyişdirdi
Premyer Liqanın həftəsonu baş tutacaq 30-cu turunun bir oyununun başlama saatı dəyişdirilib. Azerisport.az xəbər verir ki, "Neftçi" - "İnter" oyunun başlama vaxtında dəyişiklik edilib.
Peşəkar Futbol Liqasının yaydığı rəsmi məlumata görə buna səbəb oyunun canlı yayımlanmasıdı. Belə ki, öncədən bu görüşünü saat 15:30-da start götürəcəyi bildirilirdi. Lakin teleyayım səbəbindən matç 10 dəqiqə gec başlayacaq.
Premyer Liqa
30-cu tur
8 may (bazar)
Neftçi - İnter
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 15:40.
