5 may 2011 14:22
Georgi Nikolovdan təklif: kubokun finalı Bakıdan kənarda keçirilsin
“İnter”in prezidenti Georgi Nikolov futbol üzrə Azərbaycan kubokunun final matçının Bakıdan kənarda keçirilməsini istəyir. O, azerisport.az saytına müsahibəsində yeni təkliflə çıxış edib:
“Mən kubokun final matçının paytaxtdan kənarda keçirilməsinin tam tərəfdarıyam. İmişli, Zaqatala, Yevlax – bütün bu şəhərlər final matçının keçirilməsi üçün çox münasibdi. Qoy regionlardakı futbolsevərləri də sevindirək. Bu matçın elə Quzanlıda da keçirilməsi mümkündü”.
Maraq üçün əlavə edək ki, kubokun final görüşləri bir qayda olaraq daim Bakıda - Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Bu dəfə necə olacağı isə hələlik dəqiqləşməyib.
