5 may 2011 15:05
Veldviyk həmyerlilərinə XL-dakı durumundan danışdı
“Xəzər Lənkəran”ın hollandiyalı idman direktoru Fabian Veldviyk həmyerlilərinə bu komandadakı durumundan danışıb. Azerisport.az xəbər verir ki, cənub klubunda uşaq və gənclər futbolunun inkişafına cavabdeh olan hollandiyalı mütəxəssis ölkəsindən olan jurnalistlərə açıqlamasında bunları dilə gətirib:
“Burdan təklif alanda ilk növbədə düşündüm ki, bu necə klubda və mən burda nə edə bilərəm? Buna görə də hər şeyi öyrənməyə qərar verdim. Öyrəndim ki, komanda əsl Avropa səviyyəli bir klubdu. 15 minlik stadiona malikdi. Bu klubu hətta “Qafqazın Çelsi”si adlandırırlar. Mənim bura gəlişim təkcə maddi baxımdan xeyrimə deyil. Bu, mənim üçün həm də özümü sübut imkanıdı”.

Qeyd edək ki, Fabian Veldviyk “Xəzər Lənkəran”a qışda gəlib.