5 may 2011 17:15

Neftçi və XL arasında yeni qalmaqal

“Neftçi” və “Xəzər Lənkəran” klubları arasında yeni qalmaqal yaranıb. Azerisport.az xəbər verir ki, buna cənub klubunun icraçı direktoru, eləcə də Lənkəran stadionunun direktoru Höccət Hacıyevin verdiyi açıqlama səbəb olub.
 
O, bugünkü açıqlamasında bildirib ki, “Xəzər Lənkəran” Premyer Liqanın qalibi olan “Neftçi”ni yox, klubun prezidenti Sadıq Sadıqovu təbrik edəcək. Hacıyev niyə məhz əzəli rəqiblərinin prezidentini təbrik eləmələrinin səbəbini belə izah edib: “Neftçi”nin kapitanı Rail Məlikov bildirib ki, bu, Sadıq Sadıqovun qələbəsidi. Ona görə də biz məhz Sadıqovu təbrik edəcəyik”.
 
“Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu isə ona cavab olaraq bunları dilə gətirib: “Komandamızın çempionluğu münasibətilə çox nüfuzlu klubların və şəxslərin adından təbrik məktubları daxil olur. Onların arasında “Milan” kimi nəhəng klubun vitse-prezidenti Adriano Qalliani və digərləri də var. Buna görə də onlara təşəkkür edirik. O ki qaldı Höccət müəllimin bu açıqlamasına, bildiyiniz kimi, o Lənkəran stadionunun direktorudu. Buna görə də yaxşı olardı ki, Höccət Hacıyev Sadıq Sadıqovu yox, “Neftçi” Peşəkar Futbol Klubunun tabeçiliyində olan İsmət Qayıbov adına Bakıxanov qəsəbəsi stadionunun direktoru Mamed müəllimi təbrik etsin”.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.