5 may 2011 19:00
Qarabağ - Neftçi oyunu rəsmən Quzanlıda
“Qarabağ”ın yenidən Quzanlıya qayıdışı dəqiqləşdi. Azerisport.az xəbər verir ki, “Qarabağ” Futbol Klubu xüsusilə, Qarabağ camaatının arzusunu nəzərə alaraq Ağdam rayon icra hakimiyyətinin müraciətinə əsasən klublara ev oyunlarını keçirmək üçün müraciət ünvanlanmışdı.
“Neftçi” Peşəkar Futbol Klubu Peşəkar Futbol Liqasına (PFL) müraciətində Premyer Liqanın 31-ci turunda baş tutacaq “Qarabağ” – “Neftçi” oyununu Quzanlıda oynamağı razılıq verib. PFL-in də razılığı əsasında “Qarabağ” – “Neftçi” oyununun Quzanlıda keçiriləcəyi məlum olub.
Beləliklə, Premyer Liqanın mayın 13-də baş tutacaq “Qarabağ” – “Neftçi” oyunu Quzanlıda keçiriləcək. Oyunun başlama saatı 16:00-a təyin olunub.
