5 may 2011 11:33
Adrian Pit: Bu, bizim üçün pis nəticə olmayacaq
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Adrian Pit Azərbaycan kubokunun “Bakı” ilə cavab oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Məğlubiyyətə rəğmən, komandanız adını finala yazdıra bildi...
- Bizim üçün kubokun finalına çıxmaq çox vacib idi. Baxmayaraq ki, belə hakimliklə buna nail olmaya da bilərdik. Belə hakimlik olanda təkcə oynamaq çətinləşmir, mən deyərdim ki, sadəcə mümkünsüz olur.
- Adətən qaliblər hakimləri elə də müzakirə etmirlər...
- Bu haqda danışmaq bizim işimiz deyil. Amma belə hakimlik etmək olmaz. Axı bu, birinci dəfə deyil ki, biz qarşılaşırıq. Mən demirəm ki, hakimlər bizə kömək etməlidilər. Sadəcə, hər kəs öz işini düzgün yerinə yetirməlidi.

- XL niyə məhz qol buraxdıqdan sonra fəal oyuna başladı?
- Qol “Bakı”ya lazım idi. Cərimə zərbəsi çox uyğun yerdə təyin olunmuşdu deyə, ordan qol vurmaq da asan idi. Amma mən Rahid Əmirquliyevlə Kamran Ağayevə minnətdarlığımı bildirmək istəyirəm. Çünki məhz onların sayəsində komandamız bu nəticəni qazana bildi. Əks halda finala çıxmaya da bilərdik.
- İndi sizi həlledici oyunda “İnter”lə qarşılaşma gözləyir...
- Əgər finalda da öz oyunumuzu oynaya bilsək, onda “bankirlər”i də məğlub edə bilərik. Bütövlükdə, biz bu turniri qazanmağa borcluyuq.
- 30-cu turda isə sizi “Qarabağ”la oyun gözləyir ki, “İnter”lə oyundan heç də az əhəmiyyət daşımır...
- “Altılığ”ın bütün oyunları bizim üçün vacibdi. Əgər biz çempionatın gümüş medallarını özümüz üçün təmin etmək istəyiriksə, qalib gəlməyə borcluyuq. Təəssüf ki, bəzi oyunlardakı xal itkiləri bizi çempionluq yarışından kənar qoydu. Amma indi heç olmasa, ikinci pillədəki mövqeyimizi qorumaıyıq. Bunun üçün də ilk növbədə “Qarabağ”ı məğlub etməliyik.

- Deməli, komandanızı bu ay iki final oyunu gözləyir. Bunlardan hansı sizin üçün daha vacibdi?
- Şübhəsiz ki, hər ikisi. Əgər qalib gəlməyə borcluyuqsa, niyə aralarında seçim edək? Çempionatı ikinci pillədə başa vurmaq, eləcə də Azərbaycan kubokunu qazanmaq bizim üçün heç də pis nəticə sayılmayacaq.