5 may 2011 12:04
Rednik: Belə getsə vətənimə dönmək məcburiyyətində qalacağam
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Azərbaycan kubokunun dünən keçirilən “Bakı” ilə cavab yarımfinal oyununu şərh edib. Azerisport.az xəbər verir ki, rumıniyalı mütəxəssis bunları dilə gətirib:
“Oyunla bağlı nə isə danışmağa ehtiyac yoxdu. Hər şey göz qabağında idi. Bu, ikinci belə haldı. Bir dəfə “Neftçi” ilə 1/4 final mərhələsinin ilk görüşündə belə açıq-aşkar hakim qərəzi ilə qarşılaşmışdıq. Həmin oyunda 4:3 hesabı ilə qalib gəlsək də, oyundan sonra futbolçularım çox bikef görünürdü. Təsəvvür edin ki, onlar bu qələbənin dadını çıxarmaq əvəzinə hakimin qərarlarını müzakirə edirdi. Bu gün də belə oldu. Baxmayaraq ki, finala adladıq bütün komanda sevinc əvəzinə növbəti böyük haqsızlıqla üz-üzə qalmasının acısını yaşayır. Mən bura, ölkənizə futbolu inkişaf etdirməyə gəlmişəm. Amma tez-tez rəqib ilə yox, digər qüvvələrlə də mübarizə apardığımızı görüb böyük təəssüf hissi yaşayıram. Hiss edirəm ki, belə getsə vətənimə dönmək məcburiyyətində qalacağam. Təbiidi ki, klub rəhbərliyi məni bura işləməyə gətirib”.

(12-ci oyunçu)