5 may 2011 00:12
Qəbələ ev oyunlarını neytral meydanda keçirəcək
“Qəbələ” Premyer Liqanən cari mövsümünün qarşıdakı iki ev oyununu – 30-cu turda “Turan”a və 32-ci turda “Muğan”a qarşı matçları Qəbələdən kənarda keçirəcək. Azerisport.az xəbər verir ki, buna səbəb hal-hazırda matçların baş tutduğu stadionun süni örtüyünün təbii ot örtüyü ilə əvəzlənməsi prosesinə start verilməsidi.
Klubun baş meneceri Zaur Əzizovun sözlərinə görə, təbii ot örtüyünün növbəti ölkə çempionatının açılışına kimi hazır vəziyyətə gətirilməsi planlaşdırılır: “Komandamız növbəti çempionatda ev oyunlarını təbii ot örtüyündə keçirəcək. Otun premyerliqanın startına kimi hazır vəziyyətə gətirilməsi üçün işə tezliklə başlanmasına qərar verildi. Bu məqsədlə ev oyunlarımızı Qəbələdən kənarda keçirəcəyik. Artıq həftənin bazar günü qarşılaşacağımız “Turan”la oyunun neytral meydançada keçirilməsi ilə bağlı məsələ müzakirə olunur. Sabah bu barədə Peşəkar Futbol Liqasına da müraciət ediləcək”.
