5 may 2011 12:43
Qarabağ bu gün Lənkəranda olacaq
“Qarabağ” Lənkərana yollanır. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 30-cu turunda “Xəzər Lənkəran”ın qonağı olacaq Ağdam təmsilçisi bu gün axşam cənub bölgəsində olacaq.
Saat 11-də bazaya yığışan komanda Suraxanı qəsəbə stadionunda Bakıdakı sonuncu məşqinə çıxıb. Günorta yeməyindən sonra isə “Qarabağ” cənuba yola düşəcək.
Sabah komanda oyunun keçiriləcəyi stadionda sonuncu məşqinə çıxacaq. Xatırladaq ki, “Xəzər Lənkəran” – “Qarabağ” oyunu mayın 7-də Lənkəran şəhər stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
