5 may 2011 00:47
XL və Bakı azarkeşləri yenə dalaşdı
Azərbaycan kubokunun dünən keçirilən “Bakı” ilə “Xəzər Lənkəran” arasındakı cavab yarımfinal görüşündən iki klubun azarkeşləri arasında xoşagəlməz olaylar yaşanıb. Azerisport.az xəbər verir ki, paytaxt və Lənkəran təmsilçisinin tərəfdarları bir-birilə dava edib.
Hadisə isə metronun “Gənclik” stansiyasında baş verib. Lakin hadisə yerin yaxın olan asayiş keşikçiləri vaxtında tərəfləri ayıraraq, davanın daha da böyüməsinə imkan verməyib.
