6 may 2011 13:21
Sadıq Sadıqov: Neftçi heç kimlə yollarını ayırmağa hazırlaşmır
“Neftçi”nin prezidenti Sadıq Sadıqov bildirib ki, komandasının heç bir üzvü ilə yollarını ayırmağa hazırlaşmırlar. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Komandamızın titul qazanmasına iştirak etmiş bütün futbolçular heyətdə qalacaq. “Neftçi” heç kimlə yollarını ayırmağa hazırlaşmır. Onlardan heç biri getməyəcək. Yox, əgər kimsə özü getmək istəsə, bunun qarşısını almağı düşünmürük”.
