6 may 2011 00:44
Tuayev: Onun millidə çıxış etməməsinə özümüz günahkarıq
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev azerisport.az saytına müsahibəsində milli komandadan, baş məşqçi dəyişikliyinin mümkünlüyündən və yerli futbolçulardan danışıb.
- AÇ-2012-nin seçmə mərhələsindəki növbəti oyunumuza çox az vaxt qalıb. Sizcə, bu oyun ərəfəsində kefimizi pozmağa əsas var?
- Belçika ilə oyundakı təkqapıdan sonra buna təbii ki, əsas var. Özü də hələ nəzərə almaq lazımdı ki, belçikalılar bizə qarşı tam heyətlə oynamırdılar. Düzdü, bu iki futbol ölkəsi arasında səviyyə fərqi də göz qabağındadı. Bu üzdən təəssüratlar heç də xoşagələn deyil.
- Belçika ilə oyundakı təkqapıdan sonra buna təbii ki, əsas var. Özü də hələ nəzərə almaq lazımdı ki, belçikalılar bizə qarşı tam heyətlə oynamırdılar. Düzdü, bu iki futbol ölkəsi arasında səviyyə fərqi də göz qabağındadı. Bu üzdən təəssüratlar heç də xoşagələn deyil.
- Qazaxıstana da uduzsaq, nə olacaq?
- Biz hələlik qazaxlara heç vaxt uduzmamışıq, indi də uduzmamalıyıq. Biz həmişə onlardan güclü olmuşuq. Hətta Şahin Diniyevin komandası iki oyunda onlardan qol da buraxmamışdı.
- Bəs ondan sonra biz almanlarla doğma meydanda oynaya biləcəyikmi?
- Bu, mümkünsüzdü. Almanlar bizdən çox güclüdü və baş məşqçiləri də yaxşıdı. Yoahim Lövün işi mənim çox xoşuma gəlir.
- Tutaq ki, Berti Foqts yığmadan getdi. Biz onu kiminlə əvəzləyə bilərik?
- Kimisə tapmaq olar. Hətta çeçenlər də bizim yolla getməyə başlayıb. Rud Qulliti çağırdılar. Soruşa bilərsiz ki, o, kimə lazımdı? O ki məşqçi deyil. Biz futbol haqda çox az düşünürük. Bizi ancaq o sevindirə bilər ki, uşaq futbolunda nəsə edilməyə başlayıb.
- Kimisə tapmaq olar. Hətta çeçenlər də bizim yolla getməyə başlayıb. Rud Qulliti çağırdılar. Soruşa bilərsiz ki, o, kimə lazımdı? O ki məşqçi deyil. Biz futbol haqda çox az düşünürük. Bizi ancaq o sevindirə bilər ki, uşaq futbolunda nəsə edilməyə başlayıb.
- Bəs siz yığmanı çalışdırmaq istərdiniz?
- Xeyr. İstəmirəm.
- Futbolun şou-biznesə yaxınlaşmasına necə baxırsız? Məsələn, bu yaxınlarda Ruslan Abışov klipə çəkildi...
- Buna müsbət yanaşıram. Zaman artıq dəyişib. İndi başqa dövrdü. Əvvəllər ola bilsin ki, belə şeylərə çox pis baxardılar. Amma indi vəziyyət fərqlidi. Əlavə puldu. Ona qadağa qoymağın, müzakirə etməyin tərəfdarı deyiləm.
- Bu, futbola mane olmur ki?
- Düşünmürəm. Əlbəttə ki, əgər futbolçu öz işinin öhdəsindən məsuliyyətlə gələ bilirsə. Mən Ruslana məsləhət görərdim ki, müdafiəçi keyfiyyətləri ilə yanaşı, hücum potensialını açmaq yönündə də üzərində çox çalışsın.
- Son dövrlər futbolçularımızın ölkə xaricində oynaması çox müzakirə olunmağa başlayıb. Siz bu haqda nə düşünürsüz?
- Ən azı üç futbolçumuz buna qadirdi. Bunlar Rəşad Sadıqov, Vaqif Cavadov və Kamran Ağayevdi. İlk ikisi ölkə xaricində möhkəmlənə bilmədi. Amma burda müxtəlif faktorlar var ki, bunlar da başqa söhbətin mövzusudu.
- İstənilən halda həmin amillər bizim əleyhimizədi...
- Onların qayıtması təbii ki, mənfi haldı. Amma hər halda müəyyən təcrübə toplamış oldular. Bu da ki, həm onlar, həm də digər ölkə xaricinə getmək istəyənlər üçün müsbət addımdı.
- Rusiya çempionatında çıxış edən iki futbolçu olsa da, onlar yığmamızda oynamaq istəmirlər...
- Aleksandr Səmədovun Azərbaycan yığmasında çıxış etməməsində özümüz günahkarıq. Əgər onda ona normal pul təklif olunsaydı, indi yığmamızda oynardı. AFFA İK-nin son iclasında mən “Bakı”nın prezidenti Hafiz Məmmədova məsləhət verdim ki, onu komandasına gətirsin. Ondan sonra onun milliyə gəlməsi də çətin olmaz.
