6 may 2011 14:03
Berti Foqts yeni qalmaqalla üzləşdi (FOTO)
Azərbaycan yığma komandasının baş məşqçisi Berti Foqts Almaniyada yeni qalmaqalla üzləşib. Azerisport.az xəbər verir ki, millimizin çalışdırıcısı “Edeka” supermarketi ilə arasında yaranan problemi məhkəmədə yoluna qoymalı olacaq.
Məsələ burasındadı ki, Foqtsun Düsseldorfdakı mənzilinin altında yerləşən bu ticarət mərkəzinə ziyan dəyib. Supermarket rəhbərliyi bu ziyanın məhz Foqtsun mənzilindən daman su nəticəsində gerçəkləşdiyini iddia edib. Buna görə onlar Foqtsdan 9270,77 avro məbləğində kompensasiya tələb edirlər.
Lakin millimizin çalışdırıcısı bu məbləğin çox olduğunu düşünür və buna görə onu ödəmək istəmir. İndi tərəflərin bu probleminə məhkəmədə aydınlıq gələcək.
