6 may 2011 14:15
Albaniyalı hücumçu: Azərbaycandan təklif almışam (FOTO)
Ukraynanın “Zarya” klubunun albaniyalı hücumçusu Parid Cihani Azərbaycan çempionatında çıxış edə bilər. Azerisport.az xəbər verir ki, bu haqda özü açıqlama verən futbolçu təklif aldığı klubun adını açıqlamayıb:
“Hələ mövsümün başa çatmasını gözləmək lazımdı. “Zarya” ilə müqaviləm iyunda bitəcək. Böyük ehtimalla Ukraynada qalacam. Çünki daha bir Ukrayna klubu mənim xidmətimdə ciddi maraqlıdı. Bununla yanaşı Azərbaycandan da təklif almışam”. (football.ua)
