6 may 2011 14:44
XL – Qarabağ duelləri bütün təfsilatıyla
“Qarabağ” sabah Premyer Liqanın 30-cu turunun prinsipial görüşü çərçivəsində “Xəzər Lənkəran”la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, ikinci yer uğrunda mübarizə aparan rəqiblər cari mövsüm 4-cü dəfə üz-üzə gələcəklər.
Ümumiyyətlə, Lənkərandakı görüş tərəflərin çempionatda sayca 18-ci qarşılaşması olacaq. Daha 2 görüşün də kubok çərçivəsində baş tutduğunu nəzərə alsaq, bu matcın yubiley - 20-ci olduğunu görərik.
Qısa tarixinə baxmayaraq artıq yetərincə auditoriya toplayan duel haqqında maraqlı məqamları diqqətinizə çatdırırq.
* İndiyə kimi tərəflərin 19 oyunu baş tutub (17 çempionat, 2 kubok)
* 17 görüşdə “Qarabağ” 8, “Xəzər Lənkəran” 7 dəfə qələbəyə sevinib
* Heç-heçəni sevməyən tərəflərin qarşıdurmasında cəmi 2 bərabərlik qeydə alınıb
* Maraqlıdı ki, hər 2 oyunda qol vurulmayıb. Tərəflərin sonuncu oyununda məhz 2 haldan biri baş tutub
* İqor Ponomaryov və Rasim Kara hər 2 iki komandanın baş məşqçisi olub. Ponomaryovlu “Qarabağ” məhz Karanın XL-na qarşı oynayıb. İlk çempionatda tərəflər hərəyə bir qələbə qazanıb
* Rasim Karanın başçılığı altında “Qarabağ”ın XL-la görüşlərdə 2 məğlubiyyəti, 1 qələbəsi var.
* 2008-09 mövsümündə isə “Qarabağ” bu dəfə Qurban Qurbanovun başçılığı altında Karanın XL-ı ilə qarşılaşıb və ilk səfər qələbəsi reallaşıb - 3:1.
* Ağasəlim Mircavadov da hər 2 komanda da baş məşqçi kimi çalışsa da, “Qarabağ”ın başındaykən XL-a qarşı oynamayıb
* Tərəflərin ilk dörd duelində ev sahibləri rəqiblərinə qələbə sevinci yaşatmayıb
* 2006-07 mövsümündə isə XL Suraxanıda qələbə qazanmaqla bu seriyanı dayandırıb
* Ən uzun qələbə seriyası isə “Qarabağ”a məxsusdu. 2008 və 2009-cu illərdə keçirilən 4 qarışlamada “Qarabağ” qalib tərəf olub
* Kubokda tərəflər hərəyə bir qələbə qazanıb. 2009-2010 mövsümündə 1/4 finalda “Qarabağ” evdə 2:1 qalib gəlsə də, cənublular cavab görüşündə 1:0-lıq qələbəylə mərhələ adlayıblar
* Çempionatlarda “Qarabağ” rəqibinə 18, XL 21 dəfə qol vurub
* Tərəflər ümumilikdə 43 qol vurublar. Yerli futbolçular 27, əcnəbilər isə 16 dəfə fərqləniblər
* Tərəflərin duelində ilk qolu 2004-05 mövsümündə Vadim Vasilyev vurub
* Maraqlıdı ki, 2004-cü il dekabrın 12-də baş tutmuş ilk görüşdə meydana çıxan Aslan Kərimov, Samir Abasov, Vüqar Nadirov indi də “Qarabağ”ın formasını geyinir. XL-da isə həmin oyunda tər tökmüş Alim Qurbanov 7 il sonra eyni komandanın şərəfini qoruyur
* 19 qarşılaşmada tərəflər hərəyə 1 dəfə penaltidən vurulmuş qola seviniblər
* Duellər tarixində ən çox qolu Samir Əliyev (XL) və Rauf Əliyev (Qarabağ) vurub
* Hər 2 forvardın hesabında 4 qol var. Samirdən fərqli Rauf hazırda “Qarabağ”ın şərəfini qoruyur
* Rauf derbidə “Qarabağ”da dubl edən yeganə futbolçudu. XL-da isə Samir Əliyev, Entomoa və Zaur Ramazanov bunu bacarıb
* Zaur Ramazanov hər 2 komandanın heyətində qol vuran yeganə futbolçudu
* Hazırda “Qarabağ”ın formasında çıxış edən Zaur Həşimov və Rəşad Kərimov, XL-da isə Elnur Allahverdiyev, Şəhriyar Xəlilov və Alim Qurbanov əks düşərgədə forma geyinib
* Zaur “Qarabağ”, Alim isə XL formasında sabiq komandasını məyus edib
“Qarabağ”ın mətbuat xidməti
