6 may 2011 14:51
Flavinyo mövsümü erkən bitirdi
“Neftçi”nin braziliyalı yarımmüdafiəçisi Flavinyo böyük ehtimalla Premyer Liqanın qalan oyunlarında komandasına kömək edə bilməyəcək. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın orta sahə oyunçusu zədədən əziyyət çəkir.
Bu üzdən onun qarşıdakı “İnter”, “Qarabağ” və “Xəzər Lənkəran”la oyunlarda iştirak etməyəcəyi bildirilir. Azarkeşləri onu bir də Çempionlar Liqasının təsnifat mərhələsinin oyunlarında görə biləcək.
