6 may 2011 15:09
Premyer Liqanın 30-cu turuna təyinatlar açıqlandı
Premyer Liqanın 30-cu turunun təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, artıq sabah və bazar günü baş tutacaq qarşılaşmalara təyinat alan AFFA nümayəndələrinin və hakim-inspektorların adları məlumdu.
Lakin ənənəvi olaraq AFFA Hakimlər Komitəsi və Peşəkar Futbol Liqası hələlik hakim təyinatlarını gizli saxlayıb. Çox güman ki, bu təyinatlar hər qarşılaşmanın startından bir saat öncə açıqlanacaq.
Premyer Liqa
30-cu tur
7 may (şənbə)
Bakı - AZAL
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Asif Namazov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 15:00.
Xəzər Lənkəran - Qarabağ
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Səfər Haşımov.
Lənkəran. Şəhər mərkəzi stadionu. Saat 20:00.
MOİK - Simurq
AFFA nümayəndəsi: Ramiz Əliyev.
Hakim-inspektor: Akif Məmmədov.
"Bakı" futbol klubunun təlim-məşq bazasının stadionu. Saat 16:00.
8 may (bazar)
Qəbələ - Turan
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Kərim Ağayev.
Qəbələ. Şəhər stadionu. Saat 16:00.
Muğan - Gəncə
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Əmir Zamanov.
Bakı. "Şəfa" stadionu. Saat 15:00.
Neftçi - İnter
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 15:40.
