6 may 2011 15:51

Aleksey Savinov: Bakı`dan getmək planlarıma daxil deyil

“Bakı”nın müdafiəçisi Aleksey Savinov azerisport.az saytına müsahibəsində “Xəzər Lənkəran”la kubok oyunundan sonra baş verənlərə, finala çıxa bilməmələrinə, həmçinin “qara siyahı”da hesab olunmasına münasibət bildirib.
 
- Komandanızın Azərbaycan kubokunun finalına çıxa bilməməsinə çox məyus oldunuz?
- Bunu asanlıqla unutmaq olmaz. Biz bu görüşdə bütün gücümüzü qoyduq ki, finala vəsiqə qazanaq. Bizim bu məqsədimizə çatmağımıza çox cüzi çatışmazlıqlar mane oldu.
 
- Sizcə, əsas çatışmayan nə oldu?
- Biz Lənkəranda qol vurmalı idik. Hər iki oyun bərabər səviyyədə keçdi. Cütün taleyini də məhz səfərdə vurulan qol həll etdi. “Bakı” finalda oynamağı daha çox istəyirdi, nəinki XL. Bu, bizə çox lazım idi.
 
- Artıq demək olar ki, mövsüm sizin üçün başa çatıb?
- Hələ yox. Qarşıda 3 tur var. Biz hər şeyi itirsək də, simamızı saxlamışıq. Bizə mövsümü layiqli şəkildə başa vurmaq lazımdı. Qarşıda bizi AZAL ilə oyun gözləyir ki, bu oyunda mütləq qələbə qazanmaq istəyirik.

- Hələ kubokun yarımfinal oyunları öncəsi klub rəhbərliyi uğursuzluq halında komandada kütləvi islahatların baş tutmasının mümkünlüyünü dilə gətirmişdilər...
- Mənim işim məşq etmək, oynamaqdı. Artıq klub rəhbərliyinin necə qərar qəbul edəcəyi mənim işim deyil.

- Artıq hazırda mətbuatda “Bakı”nın 10-a yaxın futbolçusunun belə bir qara siyahıya düşdüyü bildirilir...
- Bu qara siyahı haqda heç bir məlumatım yoxdu. Mənə bu haqda heç kim heç nə deməyib. Bunu ilk dəfə sizdən eşidirəm.

- Sizin müqavilənizin müddəti nə vaxt bitir?
- Razılaşmaya əsasən mən hələ iki il də burda oynaya bilərəm. Çünki müqaviləmin müddəti 2013-cü ilə qədərdi.
 
- Bəs harasa getmək haqda nəsə planınız var?
- Mən bu haqda sözümü hələ mövsümün əvvəlində demişdim. Məhz o vaxt 3 illik müqavilə imzalamışdım. Odu ki, “Bakı”dan getmək planlarıma daxil deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.