6 may 2011 16:28
Arif Əsədov: İnter`lə oyunda ehtiyat qüvvədən istifadə edəcəyik
“Neftçi”nin baş məşqçisi Arif Əsədov Premyer Liqanın 30-cu turunun “İnter”lə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Çempion olmağımız o demək deyil ki, bizim Premyer Liqaya münasibətimiz dəyişib. Qarşıda hələ 3 oyunumuz var. Onları layiqli şəkildə keçirməliyik. Öncədən də dediyim ki, bu oyunlarda ehtiyat oyunçularımızdan istifadə etməli olacağıq. “İnter”lə oyunda siz əvəzedicilərimizi görə biləcəksiz. Amma bu, o demək deyil ki, “İnter”in işi asan olacaq. Komanda bu oyuna ciddi hazırlaşır və “bankirlər”i məğlub etmək istəyir”.
