6 may 2011 16:56
Muğan Gəncə ilə oyuna tam heyətlə hazırlaşır
“Muğan” Premyer Liqanın 30-cu turunun “Gəncə” ilə ev oyununa hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, son turda Tovuz səfərindən qələbə ilə qayıdan Salyan təmsilçisi növbəti turda Gəncənin eyni adlı komandasını qəbul edəcək.
Oyun mayın 8-də, saat 15:00-da Bakının "Şəfa" stadionunda başlayacaq. Qeyd etmək istərdik ki, "Muğan" "Gəncə" ilə keçiriləcək görüşün hazırlıqlarını da elə "Şəfa" stadionunda davam etdirir. Səhər saatlarında məşq edən komanda növbəti matça qələbə əzmi ilə hazırlaşır. Əldə etdiyimiz məlumata görə məşqlərə tam heyətlə qatılan komandada zədəli futbolçular cəhətdən problemlər yoxdu.
