6 may 2011 19:51
Real`da Joze Mourinyo şoku
İspaniyanın “Real” klubunun baş məşqçisi Joze Mourinyo sərt cəza ilə üzləşib. Azerisport.az xəbər verir ki, UEFA portuqaliyalı mütəxəssisi 5 oyunluq diskvalifikasiya edib.
Qitə futbol qurumunun rəsmi saytının açıqlamasına görə, Mourinyoya verilən cəzaya səbəb Çempionlar Liqasının yarımfinal mərhələsinin “Barcelona” ilə “Santyago Bernabeu”da keçirilən ilk oyunun (0:2) ardından verdiyi açıqlamalardı. Qeyd edək ki, “Real”ın ünlü çalışdırıcısı həmin görüşdən sonra bunları dilə gətirmişdi:
“Qvardiola möhtəşəm bir baş məşqçidi. Amma “Stamford Bridge”dəki qalmaqaldan sonra qazandığı Çempionlar Liqası zəfərini mən əldə etsəydim, utanardım. Bu il də kuboka sahib çıxsalar, “Bernabeu”dakı qalmaqalın ardından qazanmış olacaqlar”.

“Barcelona” ilə cavab qarşılaşmasını oteldən izləyərək, bu beş oyunluq cəzanın kiçik bir hissəsini ödəmiş Mourinyo bundan sonra daha 4 beynəlxalq qarşılaşmada komandasının sükanı arxasında ola bilməyəcək. Lakin Madrid klubu bu cəzanın sərt olduğunu bildirir və etiraz edəcəyini açıqlayıb.