6 may 2011 11:14

Rahid Əmirquliyevdən bir güllə ilə 3 dovşan

Azərbaycan kubokunun 1/2 final mərhələsinin “Bakı” ilə oyunu “Xəzər Lənkəran” klubunun futbolçusu Rahid Əmirquliyev üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi birdən-birə 3 əlamətdar hadisəyə sevinib.
 
Tarixi oyun
 
2006-cı ilin yayında “Şahdağ” klubundan transfer olunan 17 yaşlı gəncin “Xəzər Lənkəran”ın rəmzlərindən birinə çevriləcəyinə inananlar bəlkə də çox deyildi. Lakin klub rəhbərliyi də, bir-birini əvəzləyən baş məşqçilər də istedadlı yarımmüdafiəçinin bacarığına güvəndilər. 5 il əvvəl avqustun 11-də Lənkəran şəhər stadionunun açılışında “Neftçi” ilə qarşılaşma təkcə baş məşqçi Ağasəlim Mircavadovun yox, həm də Rahidin debüt matçı oldu. Həmin qarşılaşmanın 78-ci dəqiqəsində Zaur Ramazanovu əvəzləyən Əmirquliyev artıq 3-cü “əlli”ni qatladı. Kubokun “Bakı” ilə görüşü Rahidin “Xəzər Lənkəran” formasında 150-ci matçı oldu. O, Rəşad Abdullayev və Alim Qurbanovdan sonra bu həddə çatan 3-cü futbolçu kimi tarixə düşdü. Yarımmüdafiəçi debütdən 150-yədək olan yolu 1727 günə qət etdi.
 
Rahid Əmirquliyevin “Xəzər Lənkəran”dakı bütün oyunları
 
2006/07 mövsümü – 25 oyun (7 qol)
Çempionat – 17 (5)
Kubok – 8 (2)
 
2007/08 mövsümü – 29 (5)
Çempionlar Liqası – 2
Çempionat – 16 (1)
Kubok – 5 (1)
Birlik kuboku – 6 (3)
 
2008/09 mövsümü – 29 (4)
UEFA kuboku – 2
Çempionat – 24 (4)
Kubok – 3
 
2009/10 mövsümü – 32 (1)
Çempionat – 27 (1)
Kubok – 5
 
2010/11 mövsümü – 35 (1)
Avropa Liqası – 2
Çempionat – 28
Kubok – 5 (1)
 
Cəmi: 150 (18)
Çempionat – 112 (11)
Kubok – 26 (4)
Avrokuboklar – 6
Birlik kuboku – 6 (3)
 
Tarixi qol
 
Əmirquliyev özü öz yubileyinə yaxşı hədiyyə etdi. Vurduğu qolla komandasını finala daşıyan qolun müəllifi kimi tarixə düşdü. Məhz yarımmüdafiəçinin səfər qolu yarımfinalın taleyini həll etdi. “Xəzər Lənkəran” karyerasında 18-ci qolunu vuran Rahid klub tarixinin 5-ci bombardiri oldu. Hələlik o, bu mövqeni Oqtay Dərəlioğlu, Rəşad Abdullayev və Vüqar Nadirovla bölüşür. Bu 4-lük 18 qol vurmaqla yalnız ən yaxşı 4 bombardirdən geri qalır: Zaur Ramazanov – 44, Samir Əliyev – 34, Mario Souza – 26, İvan Svetkov – 24.
 
Həsrətin sonu
 
Rahidin “Xəzər Lənkəran” karyerasına baxdıqda onun məhsuldarlığı ildən-ilə, mövsümdən-mövsümə aşağı düşüb. Son 2 mövsümdə 1-dən artıq qol vurmayan yarımmüdafiəçi 2010/11-də ilk dəfə fərqləndi. Bu da mövsümdəki 35-ci qarşılaşmasına təsadüf etdi. “Bakı” ilə yarımfinalın taleyini həll edən futbolçumuz son qolunu ötən mövsümdə vurmuşdu. O, çempionatın 16-cı turunun 2009-cu il dekabrın 19-dakı görüşündə fərqlənmişdi. “Qəbələ” ilə matçda komandamıza 1:0 hesablı qələbə qazandıran Rahid 501 gündən sonra rəqib qapısına yol tapdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.