6 may 2011 11:46

Vladimir Levin: Ən pis halda dördüncü olub, özümüzü sığortalamalıyıq

“İnter”in kapitanı, millimizin müdafiəçisi Vladimir Levin azerisport.az saytına müsahibəsində AZAL ilə ölkə kubokunun cavab matçından, bürünc mükafat uğrunda mübarizədən və çempionatın gedişindən danışıb.

- Ölkə kubokunun finalına vəsiqə qazandığınıza görə sizi təbrik edirik!
- Çox sağ olun. Çox şadam ki, qələbə qazandıq, finala adladıq. Biz bu qələbəni artıq iki ay idi gözləyirdik. İndi sadəcə kuboku qazanmaq qalır.
 
- Komandanızın bu oyundakı son dəqiqələrdəki çıxışını necə qiymətləndirirsiz? Axı rəqib komandanın qol vurmaq üçün bir neçə şansı oldu...
- Artıq demək olar ki, onlar elə d vacib deyil. 1:0 qələbə qazanmışıq, vəssalam. Bəli, əlbəttə, çox təəssüf ki, bəzi qol vəziyyətlərimizdən də istifadə edə bilmədik. Çox qol vura bilərdik. Amma ən əsası odu ki, qələbə sayəsində finala qədər irəliləyə bildik.

- Finaldakı rəqibiniz “Xəzər Lənkəran”dı...
- Fikrimcə bu, çox maraqlı final olacaq. Lənkəranlılarla “altılıq”dakı son oyunumuz azarkeşlər üçün çox maraqlı alınmışdı. Ümumiyyətlə, finalda güclü olan qazanır. Hər halda bizi çox çətin, amma baxımlı bir final gözləyir.
 
- “İnter”in iki həftəyə 4 oyun keçirməsi komandanın oyununa təsir edib?
- Düşünmürəm ki, bu yöndə hansısa problem var. Hər şey normaldı. Bunu həm ilk dəqiqələrdən, həm də sonradan meydana çıxanlara aid etmək olar. Əgər yorğunluq olsaydı, bu, hiss olunardı.

- Artıq ardıcıl iki oyundu (“Neftçi” və “İnter”lə) ki, AZAL-ın yeni stadionunda həm meydan sahiblərinin, həm də qonaqların futbolçuları ciddi zədə alır...
- Bəli, şübhəsiz süni qazonda oynayırsansa zədə almaq ehtimalı da artır. Baxmayaraq ki, elə bizim oynadığımız “Şəfa” stadionunun da qazonu sünidi. Amma məncə, AZAL-ın stadionunda olanlar sadəcə təsadüfdü. Ümid edirəm ki, bundan sonrakı oyunlarda artıq eyni hallar təkrarlanmayacaq.

- Finala çıxsaz da, hələ avrokuboklara vəsiqəni rəsmiləşdirə bilməmisiz. Gözləmək olar ki, son üç turda həm də bürünc medal uğrunda mübarizə aparacaqsız?
- Əlbəttə. Biz ən pis halda dördüncü pilləni tutmaqla özümüzü sığortalamağa çalışmalıyıq. Axı ola bilər ki, kuboku qazana bilməyək. Buna görə biz AZAL-ı qabaqlamalıyıq ki, kubokda uduzsaq da belə, dördüncü yeri tutmaqla avrokuboklara yollana bilək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.