6 may 2011 12:01
Turan`ın yeni baş məşqçisinin kimliyi açıqlandı (FOTO)
Xəbər verdiyimiz kimi, “Turan”ın baş məşqçisi Naci Şensoy ardıcıl 4 məğlubiyyətdən sonra istefaya göndərilib. Azerisport.az xəbər verir ki, uğursuz nəticələrə görə istefaya göndərilən Naci Şensoyun əvəzləyicisinin də adı məlum olub.
Belə ki, Şensoyun yerinə “Turan” UFM-in rəhbəri Asim İbrahimov təyin olunub. O, artıq dünən komandanı ilk məşqinə də çıxarıb.
