6 may 2011 12:32
Kubokun finalının nominal ev sahibi açıqlandı
Azərbaycan kubokunun finalında nominal ev sahibi qismində çıxış edəcək komandanın kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bunun müəyyənləşdirilməsi üçün bu gün AFFA-da püşkatma keçirilib.
Yarışın finalına vəsiqə qazanmış "Xəzər Lənkəran" və "İnter" klublarının nümayəndələrinin çəkdiyi püşkə əsasən Azərbaycan kubokunun final oyununda "İnter" klubu nominal ev sahibi qismində çıxış edəcək.
Azərbaycan kuboku
Final
24 may (çərşənbə axşamı)
İnter - Xəzər Lənkəran
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
