7 may 2011 00:10

Çempionlar və gümüşaxtaranlar üz-üzə

Bu gün Premyer Liqanın 30-cu turunun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, hesabat turunun həm ilk, həm də ikinci oyun günündə 3 qarşılaşma baş tutacaq.
 
Hesabat turu “Bakı” – AZAL qarşılaşmasıyla start götürəcək. Həftəiçi kubokda da mübarizəni dayandıran paytaxtın eyniadlı klubu avrokuboklara yollanmaq üçün bütün şanslarından məhrum oldu. Bu üzdən “zolaqlılar”ın bu günkü qarşılaşmada da hansısa motivasiyası olmayacaq. “Bakı” ilə eyni gündə kubokla vidalaşan “təyyarəçilər”də isə vəziyyət bir qədər fərqlidi. Məsələ burasındadı ki, Nazim Süleymanovun komandası kubokda “zolaqlılar”ın aqibətini yaşasa da, çempionatda 4-cü yerini qorumaqla Avropa Liqasına vəsiqə qazana bilər. Düzdü, bunun üçün “Xəzər Lənkəran”ın kubokun finalında “İnter”ə qalib gəlməsi daha vacibdi. Lakin ilk növbədə AZAL özü hazırkı mövqeyini qorumalıdı. Bunun üçün də “təyyarəçilər” paytaxt derbisini qalib başa vurmağa borcludu.
 
İlk oyun gününün daha bir prinsipial dueli “Xəzər Lənkəran”la “Qarabağ” arasında baş tutacaq. Məlum olduğu kimi, ötən tur “Neftçi” vaxtından öncə çempionluğunu rəsmiləşdirdiyindən, bu iki komanda bütün diqqətini gümüş medallara sahib çıxmağa yönəldib. “Xəzər Lənkəran” hazıkı mövqeyini qorumaq üçün daha yaxşı şansa malikdi. Hər halda prinsipial rəqiblə görüş doğma meydanda keçirildiyindən azarkeşlərinin dəstəyi sayəsində qələbə qazanaraq, mövqeyini möhkəmləndirə bilər. Lakin aydın məsələdi ki, Ağdam təmsilçisi də altı xallıq oyun kimi dəyərləndirilən bu qarşılaşmaya məğlub olmaq üçün çıxmayacaq. Hər halda “gümüş”ün taleyinə məhz Lənkərandakı görüşdə aydınlıq gələcəyini desək, yanılmarıq.
 
Artıq Premyer Liqanı tərk edəcəyi 2 tur öncə rəsmiləşən MOİK bu tur “Simurq”u qəbul edəcək ki, bu görüşdə Zaqatala klubu da rəsmən elita ilə vidalaşa bilər. İkinci altılığın lideri “Qəbələ” doğma meydanda “Turan”ı qəbul edəcək. Bu görüşdə isə Naci Şensoyu istefaya göndərən Tovuz klubu yeni baş məşqçisi Asim İbrahimovla debüt matçına çıxmış olacaq. Daha belə bir formal xarakter daşıyan qarşılaşma “Şəfa” stadionunda “Muğan”la “Gəncə” arasında baş tutacaq.
 
Son oyun gününün ən maraqlı qarşılaşması isə köhnə və yeni çempionun mübarizəsi olacaq. Ötən tur əsas izləyiciləri üçün əlçatmaza çevrilən “Neftçi” ötən mövsümün qızıl mükafatçısı “İnter”i qəbul edəcək. Paytaxt dueli yeni çempion üçün tam formal xarakter daşıyır. Bu üzdən də baş məşqçi Arif Əsədov görüşdə ehtiyat qüvvədən yararlanacağını gizlətmir. Lakin “İnter” kuboka sahib çıxa bilməyəcəyi halda avrokuboklardan kənarda qalmaq təhlükəsi ilə üz-üzə olduğundan, 4-cü pilləyə yüksəlməyi hədəfləyir. Bunun üçün isə “bankirlər”in yeni çempion üzərində qələbə qazanması vacibdi.
 
Premyer Liqa
30-cu tur
7 may (şənbə)
 
Bakı - AZAL
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Asif Namazov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 15:00.
 
MOİK - Simurq
AFFA nümayəndəsi: Ramiz Əliyev.
Hakim-inspektor: Akif Məmmədov.
"Bakı" futbol klubunun təlim-məşq bazasının stadionu. Saat 16:00.
 
Xəzər Lənkəran - Qarabağ
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Səfər Haşımov.
Lənkəran. Şəhər mərkəzi stadionu. Saat 20:00.
 
8 may (bazar)
 
Muğan - Gəncə
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Əmir Zamanov.
Bakı. "Şəfa" stadionu. Saat 15:00.
 
Neftçi - İnter
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 15:40.
 
Qəbələ - Turan
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Kərim Ağayev.
Qəbələ. Şəhər stadionu. Saat 16:00.
 
1
Neftçi
29
19
8
2
52-13
65
2
Xəzər Lənkəran
29
15
10
4
34-16
55
3
Qarabağ
29
16
6
7
36-18
54
4
AZAL
29
12
9
8
32-25
45
5
İnter
29
12
8
9
28-24
44
6
Bakı
29
9
10
10
31-28
37
 
1
Qəbələ
29
11
11
7
28-17
44
2
Muğan
29
11
8
10
25-28
41
3
Gəncə
29
8
11
10
29-31
35
4
Turan
29
6
6
17
21-41
24
5
Simurq
29
3
7
19
15-46
16
6
MOİK
29
2
6
21
9-53
12

Bombardirlər:

15 - Bahodir Nasimov (Neftçi)
14 - Georgi Adamiya (Qarabağ)
11 - Flavinyo (Neftçi)
10 - Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə), Qvidas Yuşka (AZAL).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.