7 may 2011 21:50

Gümüşaxtaranlar Lənkəranda sülh bağladı (YENİLƏNİB)

Bu gün Premyer Liqanın 30-cu turunun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, hesabat turunun ilk oyun günündə 3 qarşılaşma baş tutub.
 
Hesabat turu “Bakı” – AZAL qarşılaşmasıyla start götürüb. Meydan sahibləri qonaqlar üzərində minimal üstünlüklə qələbə qazanıb. MOİK isə “Simurq”a eyni aqibəti yaşadıb. Nəticədə bu komanda da "hərbçilər"in ardınca elitayla vidalaşıb. Bu gün bütün diqqətlər daha çox gümüş medal uğrunda mübarizə aparan “Xəzər Lənkəran”la “Qarabağ”ın öz aralarındakı oyuna yönəmişdi. Uzun müddət hesabda öndə olan meydan sahibləri yalnız əlavə vaxtda qələbə hesabını əldən verərək, dramatik heç-heçə ilə kifayətlənib.
 
Premyer Liqa
30-cu tur
7 may
 
XƏZƏR LƏNKƏRAN – QARABAĞ - 1:1 (1:0)
Qol: E.Opara, 16 (1:0), İ,Qurbanov, 90+1 (1:1)
Lənkəran. Şəhər mərkəzi stadionu.
 
Oyun başladı
XL daha fəal görünür
Əks-hücum taktikası seçən qonaqların ilk belə cəhdi təhlükəli olsa da, son anda müdafiəçilər təhlükəni sovuşdura bilir
12. Rauf Əliyev oyunda sarı vərəqə alan ilk futbolçu olur
Meydan sahibləri qonaqları tam olaraq qapısına sıxışdırıb
16. Təzyiq bəhrəsini verir. J.Vobayın sağ cinahla əla keçidindən sonra ideal ötürməsini E.Opara bir toxunuşla tora qovuşdurur - 1:0
19. U.Parks J.Vobayı qapıçı ilə üz-üzə qoysa da, sonuncu zərbə vurmağa gecikir
"Qarabağ" qol buraxdıqdan sonra fəallığı artırıb. Xüsusilə sağ cinahda Ə.İsmayılov asmalarla rəqib qapısı qarşısında təhlükə yaratmağa çalışır. Hələlik bəhrəsizdi
25. K.Ağayev ağdamlıların hücumu zamanı komandasını qoldan xilas edir
Artıq meydan sahibləri əsas diqqəti müdafiəyə yönəldib və qoldan sonra əks-hücum taktikası seçib
29. Parksın cərimə meydançasına daxil olmasına kobudluqla mane olunur
30. Təhlükəli nöqtədən yerinə yetirilən cərimə zərbəsi zamanı Mureşan canlı səddi nişan alır
31. Mureşanın baş zərbəsi azca yan keçir
32. XL-da erkən əvəzləmə: Zədələnən Bruno Simao yerini Xristu Kyakuya verir
35. Meydan sahiblərinin daha bir təhlükəli hücumu zamanı hər şey qonaqlar üçün yaxşı qurtardı
39. X.Kyakunun uzaqdan zərbəsi yan keçir
Maraqlıdı ki, komandası hesabda öndə olmasına rəğmən Mirça Rednik yetirmələrinə qarşı əsəbi görünür və tez-tez onlara iradlarını bildirir
Rəşad Sadıqovun uzaq məsafədən cərimə zərbəsi dəqiq olmur
Birinci hissə başa çatır
İkinci hissə başlayır
46. "Qarabağ"da Rauf Əliyevi Elvin Məmmədov əvəzləyir
50. Ə.İsmayılovun təhlükəli zərbəsini K.Ağayev tutur
53. X.Kyaku kobud oyuna görə sarı vərəqə alır
"Qarabağ" ikinci hissəyə daha fəal başlayıb
62. Qonaqların müdafiə xəttinin kobud səhvindən sonra topu ələ keçirən Opara dublunu rəsmiləşdirməyə yaxın olsa da, zərbəsini Pavloviç kornerə çıxarır
63. Vobayın zərbəsi zamanı Pavloviç növbəti dəfə komandasını qoldan xilas edir
63. Oparanı Elnur Abdullayev əvəzləyir
65. Rahid E.Məmmədova qarşı kobud oynadığı üçün cərimə zərbəsi təyin olunur. R.Sadıqovun zərbəsi canlı səddə toxunub kornerə çıxır
67. A.Pit sarı vərəqə alan növbəti futbolçu olur
67. Vobayın təhlükəli zərbəsində azca dəqiqlik çatışmır
70. Devran Ayhanın əvəzində meydana İlqar Qurbanov daxil olur
70. Elnur Abdullayev kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
Lənkəranda güclü yağış yağır və bu üzdən komandalar istədiyi kimi oynamaqda çətinlik çəkirlər
72. J.Vobayı Stelian Stanku əvəzləyir
XL artıq top saxlamağa və hesabı qorumağa çalışır
78. D.Souza əllə oynadığı üçün cərimə zərbəsi təyin olunur. R.Sadıqovun zərbəsi dəqiq olmur
83. Namiq Yusifovun əvəzində meydana Vüqar Nadirov daxil olur
"Qarabağ" təzyiqini davam etdirsə də, meydan sahibləri ağıllı müdafiə olunur
Oyunun əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+1. Vüqar Nadirovun sağ cinahdan qapıya zərbəsinə toxunan İlqar Qurbanov topu tora qovuşdurur - 1:1
E.Abdullayevin sol ayaqla qüvvətli zərbəsi azacıq dəqiq olmur
Matç başa çatdı
 
BAKI - AZAL - 2:1 (1:0)
Qollar: A.Şoliç, 20 (1:0), U.Nduka, 66 (1:1), V,Sofroni, 79 (2:1)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
Oyun başladı
AZAL ilk dəqiqələrdən hücuma atılıb və erkən qol vurmağa çalışır
"Bakı" isə əsas diqqəti müdafiəyə yönəltməklə deyəsən, əks-hücum taktikasına üstünlük verir
9. Nduka künc zərbəsi zamanı topu başla qapıya göndərsə də, son anda rəqib oyunçu qola imkan vermir
13. "Bakı"nın yarımmüdafiəçisi Adnan Bərəkət meydanı tərk etmədən formasını dəyişdiyi üçün sarı vərəqə ilə cəzalanır
17. "Bakı" hesabı açmağa çox yaxın idi. Amma V.Sofroni demək olar ki, boş qapını dəqiq nişan ala bilmədi
18. Q.Yuşkanın zərbəsi qeyri-dəqiq olur
20. Aleksandr Şoliç cərimə zərbəsini dəqiq yerinə yetirərərək, hesabı açır - 1:0
24. V.İbekoyinin uzaqdan qüvvətli zərbəsini Aqil Məmmədov son anda kornerə çıxarır
27. AZAL hesabı bərabərləşdirməyə yaxın olsa da, A.Məmmədov sayıqlığını itirmir
28. Əziz Quliyev sarı vərəqə alan növbəti futbolçu olur
32. "Bakı" əks-hücumda daha bir qol vurmağa yaxın olsa da, R.Leviqa əla şansı qaçırır
33. A.Bərəkətin uzaqdan zərbəsini C.Həsənzadə tutur
35. Vüsal Qarayev hesabı bərabərləşdirməyə yaxın olsa da, onun zərbəsini son anda A.Məmmədov tutur
36. V.Borets kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
38. M.Limaninin uzaqdan zərbəsini A.Məmmədov tutur
42. A.Şoliçin uzaq məsafədən zərbəsi də az qala qapıya daxil olacaqdı. Amma son anda C.Həsənzadə topu kornerə çıxara bilir
44. V.İbekoyi də kobud oyuna görə sarı vərəqə alanların sırasına qoşulur
Birinci hissə başa çatır
İkinci hissə başladı
47. AZAL-da Aqil Nəbiyevi Pius İkediya əvəzləyir
48. İkediya oyuna fəal qoşulur. Onun uzaqdan zərbəsini A.Məmmədov son anda kornerə çıxarır
51. İkediyaya qarşı təhlükəli nöqtədə qayda pozuntusuna yol verilir
52. Cərimə zərbəsini Tərlan Xəlilov yerinə yetirir. Lakin A.Məmmədov onun zərbəsini eyni gözəlliklə qaytara bilir
AZAL təzyiqi artırıb. Lakin qonaqların hücumlarının arşısını gənc qapıçı A.Məmmədov hələ ki, ala bilir
56. "Bakı"nın əks-hücumu zamanı R.Leviqa hesabı artırmağa yaxın olsa da, əlverişli mövqedən dəqiq zərbə vura bilmir
57. "Bakı"da R.Leviqanı Nicat Abdullayev əvəzləyir
64. AZAL-da Vüsal Qarayevi Enyo Krastovçev əvəzləyir
66. Usim Nduka Tərlan Xəlilovun ideal ötürməsini başla tora qovuşdurur - 1:1
68. A.Bərəkət zədələndiyi üçün yerini Juninyoya buraxır
74. V.Sofroninin təhlükəli zərbəsindən azca dəqiqlik çatışmadı
75. V.Cavadov əlverişli vəziyyətdən fərqlənə bilmir
77. Aleksandr Starkov V.Cavadovu Bəxtiyar Soltanovla əvəzləyir
79. V.Sofroni uzaq məsafədən möhtəşəm qola imza atır və C.Həsənzadə onun bu gözlənilməz zərbəsi qarşısında aciz qalır - 2:1
82. N.Abdullayevin təhlükəli zərbəsi yan keçir
83. Q.Yuşka qapıçı ilə üz-üzə qalsa da, yaxın məsafədən zərbəsini A.Məmmədov qaytarır
86. "Bakı"da da V.Sofroni təkbətəkdən yararlana bilmir
Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Oyun başa çatdı
 
MOİK - SİMURQ - 1:0 (1:0)
Qol: Ruhid Usubov, 45 (1:0).
"Bakı" futbol klubunun təlim-məşq bazasının stadionu.
 
Oyun başladı
Elvin Yunusov meydan sahiblərini cəzalandırmağa yaxın olsa da, qapının üstündən keçir
"Simurq" oyunda daha üstün tərəf olsa da, hələlik bunu meydanda əks etdirə bilmir
"Simurq" 27-ci dəqiqədə azlıqda qalır
MOİK-in təhlükəli hücumu qolla nəticələnmir
"Simurq" yenə oyunda üstün tərəfdi
45. Ruhid Usubov meydan sahiblərini hesabda önə keçirir - 1:0
Birinci hissə başa çatır
İkinci hissə başladı
"Simurq"un hesabı bərabərləşdirmək üçün əla şansı olsa da, E.Yunusov bunu dəyərləndirə bilmir
R.Usubov dublunu rəsmiləşdirməyə yaxın olsa da, yararlana bilmir
"Simurq" uduzarsa, MOİK-in ardınca Premyer Liqa ilə vidalaşmış olacaq
E.Yunusov növbəti qol şansını qaçırır
Matç başa çatdı və MOİK məğlub etdiyi "Simurq"un da özü ilə birgə birinci divizona düşməsini rəsmiləşdirdi
 
Hesabat turunun qalan görüşləri sabah keçiriləcək: Muğan - Gəncə, Neftçi – İnter, Qəbələ - Turan.
 
1
Neftçi
29
19
8
2
52-13
65
2
Xəzər Lənkəran
30
15
11
4
35-17
56
3
Qarabağ
30
16
7
7
37-19
55
4
AZAL
30
12
9
9
33-27
45
5
İnter
29
12
8
9
28-24
44
6
Bakı
30
10
10
10
33-29
40
 
1
Qəbələ
29
11
11
7
28-17
44
2
Muğan
29
11
8
10
25-28
41
3
Gəncə
29
8
11
10
29-31
35
4
Turan
29
6
6
17
21-41
24
5
Simurq
30
3
7
20
15-47
16
6
MOİK
30
3
6
21
10-53
15

Bombardirlər:

15 - Bahodir Nasimov (Neftçi)
14 - Georgi Adamiya (Qarabağ)
11 - Flavinyo (Neftçi)
10 - Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə), Qvidas Yuşka (AZAL).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.