7 may 2011 17:55
Ramiz Məmmədovun komandası yenə sülhə razılaşdı (YENİLƏNİB)
Bu gün Qazaxıstan çempionatında 10-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı baş məşqçi Ramiz Məmmədovun çalışdırdığı “Atırau” səfərdə “Ordabası” ilə münasibətlərinə aydınlıq gətirib.
Qeyd edək ki, bu komanda 15 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşmışdı. Geridə qalan 9 oyundan beşində qələbə qazanıb, qalanında uduzan “Ordabası” sülh tanımırdı. Həmyerlilərimizin komandası isə ən çox (4) heç-heçə edən iki komandadan biriydi. Cəmi 2 qələbə qazandığı halda, daha 3 görüşü də məğlub başa vuran "Atırau" bu oyuna kimi 10 xalla 8-ci pillədə qərarlaşmışdı. Lakin bu dəfə də hesabı açmasına rəğmən, Məmmədovun yetirmələri heç-heçə ilə kifayətlənməli olub.
Qazaxıstan Superliqası
10-cu tur
7 may
ORDABASI – ATIRAU - 1:1 (1:1)
Qollar: Bekhan, 19 (0:1), Traykoviç,30 (1:1).
Matçın 50-ci dəqiqəsində "Atırau"nun oyunçusu Bekhan qırmızı vərəqə alır
