7 may 2011 13:40

Namiq Yusifov: Bizim üçün XL-ın necə oynaması vacib deyil

Ağdamın “Qarabağ” klubunun yarımmüdafiəçisi Namiq Yusifov Premyer Liqanın 30-ci turunun “Xəzər Lənkəran”la oyunu ərəfəsində azerisport.az saytının suallarını cavablandırıb:
 
- Komanda Lənkərana oyundan iki gün öncə yollandı. Bu, nə ilə bağlıydı?
- Bu, birinci dəfə deyil. Əlbəttə, bizim “Xəzər Lənkəran”la oyunlarımız xüsusi xarakter daşıylr. Amma deməzdim ki, biz onlarla oyunlara xüsusi hazırlaşırıq. Sadəcə, hər dəfə oyundan öncə bir qədər tez gəlməklə, yerli mühitə uyğunlaşmağa çalışırıq.
 
- Bu görüşdə sizi hansı nəticə qane edir?
- Qələbə bizim üçün yaxşı nəticə olacaq. Amma qarşıda hələ iki tur qaldığını nəzərə alsaq, heç-heçə də pis nəticə olmazdı. Hələ dəqiq deyil nə, necə olacaq. Rəqibimiz hazırda yaxşı əhval-ruhiyyədədi. Çünki bu günlərdə Azərbaycan kubokunun finalına yüksəlməyin ruh yüksəkliyini yaşayırlar.
 
- Sizin Lənkərana son səfəriniz qələbə ilə yekunlaşmışdı...
- Onda komandamız əla oyun sərgiləmişdi. Amma biz onu bu dəfə də təkrarlamalıyıq.

- Orta sahə oyunçusu olduğunuzu nəzərə alsaq, sizin üçün rəqibin heyətində kimə qarşı oynamaq daha çətindi?
- Mən deməzdim ki, onların elə güclü yarımmüdafiə xətti var. Sadəcə, “Xəzər Lənkəran”ı komanda kimi güclü hesab etmək olar. Xüsusilə də Uinston Parksla Emeka Oparanın başçılıq etdiyi hücum xəttini.
 
- Bəs Julius Vobay?
- Pis oyunçu deyil, amma ona qarşı da oynamaq olar. Bizim üçün “Xəzər Lənkəran” necə oynaması elə də vacib deyil. Əsas odu ki, biz özümüz necə oynayacağıq. Əgər biz həmişəki kimi komandaya uğur gətirən futbolumuzu sərgiləsək, onda hər şey bizim üçün uğurla bitəcək.

- Sizin üçün Avropa Liqasına neçənci yerlə yollanmağın hansısa fərqi var?
- İstənilən halda çempionatı mümkün qədər üst pillədə bitimərk istəyirik. Hər halda ikinci yer üçüncüdən daha yaxşıdı. Mənim artıq iki bürünc medalım var. Artıq gümüş medal qazanmağın da vaxtıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.