7 may 2011 14:48
Bakı – AZAL matçının hakimləri müəyyənləşdi
Premyer Liqanın 30-cu turunun açılış matçının hakimləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, artıq "Bakı" - AZAL oyununu idarə edəcək hakimlərin adları açıqlanıb.
Hakimlər Komitəsi ölkə kubokunun finalına vəsiqə qazana bilməyən tərəflərin görüşünü Rəhim Həsənovun rəhbərlik etdiyi ədalət təmsilçilərinə tapşırıb. Bu günə nəzərdə tutulan digər görüşlərin hakimləri isə hələlik məlum deyil.
Premyer Liqa
30-cu tur
Bakı - AZAL
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Aleksandr Musatkin, Anar Salmanov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Asif Namazov
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 15:00.
