7 may 2011 15:11
Galatasaray Qəbələ`ni məşqçisiz qoya bilər
“Qəbələ” Futbol Akademiyasının direktoru Ali Yavaş yenidən Türkiyənin "Galatasaray" klubuna dönə bilər. Azerisport.az xəbər verir ki, onun adı bu klubun prezidentliyinə namizəd Turqay Kıranın siyahısındadı.
Qardaş ölkənin "Hürriyət" qəzetinin yaydığı xəbərə görə, Kıran prezident seçiləcəyi halda Ali Yavaşı "Galatasaray"ın aşağı yaş qrupları üzrə komandalarına rəhbər təyin etmək istəyir. Əvvəllər bu vəzifəni tutan “Qəbələ” Futbol Akademiyasının direktoru Türkiyə futboluna Arda Turan, Səbri Sarıoğlu, Uğur Uçar kimi onlarla istedad bəxş edib.
Qeyd edək ki, Türkiyə mediası Turqay Kıranın Ali Yavaşdan başqa 10 futbolçu ilə anlaşdığını iddia edir. Onların arasında bir sıra məşhur futbolçular da var.
