7 may 2011 17:46
Aleksandr Starkov: Qarşıdakı 2 oyunda da qələbə qazanmağa çalışacağıq
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 30-cu turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, ev oyununda 2:1 hesablı qələbəyə sevinən “zolaqlılar”ın çalışdırıcısı bunları dilə gətirib:
"Çempionatın ən yaxşı təşkilatlanmış komandalarından birinə qarşı oynadıq. Şadam ki, futbolçularım bu oyunda qalib gəldi. AZAL bütün komandalar üçün çətin rəqibdi. Fərqlənmək üçün imkanlarımız var idi. İstənilən oyun komandamız üçün vacibdi. Qalan oyunlarda da yaxşı oyun göstərməyə və qələbə qazanmağa çalışacağıq. AZAL klubuna və baş məşqçisinə qarşıya qoyulan nəticəyə nail olmağı arzulayıram”.