7 may 2011 18:06
Nazim Süleymanov: Bəzi oyunçular sona kimi mübarizə aparmırdı
AZAL-ın baş məşqçisi Nazim Süleymanov Premyer Liqanın 30-cu turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, səfər oyununda 1:2 hesablı məğlubiyyətlə üzləşən “təyyarəçilər”in çalışdırıcısı bunları dilə gətirib:
“Bugünkü oyunda 3 xal bizə daha vacib idi, nəinki "Bakı"ya. Təəssüf ki, bu gün biz məğlub olduq. Bəzi futbolçuların oyun intizamını pozması nəticəsində çox böyük səhvlər buraxdıq, məğlub olduq. "Bakı" da çox yaxşı komandadı, futbolçuları peşəkardı. Baxmayaraq ki, ilk altılıqda aşağı sırada gedirlər. Həm "Bakı" klubunu, həm də baş məşqçisini qələbə münasibəti ilə təbrik edirəm. İstərdim ki, futbolçularım sırf peşəkar olsunlar, özlərini oyuna tam versinlər. Bəzi oyunçularımız var idi ki, sona kimi mübarizə aparmırdılar. Sanki, onların çemodanları da hazırdı. Təəssüf edirəm ki, son oyunlarda heç cür qələbə qazana bilmirik. Amma bizim hələ şansımız qalır, ona görə də mübarizəmizi davam etdirəcəyik”.