7 may 2011 19:08
Haciyevski: Bu gün nəticə qazanacağımıza əmin idim
Premyer Liqanın 30-cu turunda MOİK-in qonağı olan "Simurq" rəqibinə 0:1 hesabı ilə məğlub oldu və bu nəticə ilə növbəti mövsümdən birinci divizionda çıxış edəcəyi dəqiqləşdi. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonra Zaqatala klubunun baş məşqçisi Qyoko Haciyevski bunları dilə gətirib:
"MOİK-i qələbə münasibəti ilə təbrik edirəm. Oyun bizim üçün artıq 30-cu dəqiqədə bitdi. Əli Bağırovun lazımsız yerə iki sarı vərəqə alması və meydandan qovulması oyunu tamam dəyişdi. Həmin ana kimi üstünlük bizdə idi. Lakin bu dəfə də hissənin sonlarında qol buraxdıq. İkinci hissədə hücumçuların sayını artırdıq. Lakin 10 nəfərlə qol vurmaq çətindi. Halbuki, bu gün nəticə qazanacağımıza əmin idim".
