7 may 2011 19:17
“Sırf nəticəyə oynadıq”
MOİK-in baş məşqçisi Ramil Əliyev Premyer Liqanın 30-cu turunun “Simurq”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, minimal hesablı qələbəyə sevindikləri qarşılaşmadan sonra bunları dilə gətirib:
"Bu oyunda qalib gəlmək istəyirdik. Məqsədimiz turnir cədvəlinin son pilləsindən qurtulmaqdı. Sırf nəticəyə oynadıq, bizə 3 xal lazım idi. Vurduğumuz qoldan sonra müdafiəyə çəkildik, hesabı qoruduq. Əks-hücum taktikası seçmişdik, təəssüf ki, hücumçularımız bir neçə qol imkanından yararlana bilmədi. Əzmkar oyuna görə futbolçularıma təşəkkür edirəm".
