7 may 2011 19:31
XL – Qarabağ matçının hakimləri açıqlandı
Premyer Liqanın 30-cu turunun ilk oyun gününün ən prinsipial matçının hakimləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, artıq "Xəzər Lənkəran" - "Qarabağ oyununu da idarə edəcək hakimlərin adları açıqlanıb.
Hakimlər Komitəsi ikincilik uğrunda mübarizə aparan bu komandaların prinsipial görüşünü Fariz Yusifovun rəhbərlik etdiyi ədalət təmsilçilərinə tapşırıb.
Premyer Liqa
30-cu tur
Xəzər Lənkəran - Qarabağ
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Rza Məmmədov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Səfər Haşımov.
Lənkəran şəhər mərkəzi stadionu. Saat 20:00.
