7 may 2011 19:41
Xəzər Lənkəran - Qarabağ – 2:0
Premyer Liqanın 30-cu turunun “Xəzər Lənkəran” və “Qarabağ” arasındakı ikincilik savaşı meydan sahiblərinin qələbəsiylə başa çatacaq. Azerisport.az xəbər verir ki, bu haqda azarkeşlər arasında keçirdiyimiz sorğunun nəticələri belə danışmağa imkan verir.
Məsələ burasındadı ki, “sizcə, “Xəzər Lənkəran” və “Qarabağ” matçında hansı hesab qeydə alınacaq” sualı ilə müraciət etdiyimiz oxucularımız meydan sahiblərinin 2:0 hesablı qələbə qazanacağına daha çox inanırlar. Hər halda respondentlərin daha çoxu - 26 faizi məhz bu varianta səs verib. Oxucularımızın 17 faizi isə ağdamlıların 2:1 hesablı səfər qələbəsinə sevinəcəyini proqnozlaşdırırlar. 15 faiz azarkeş isə meydan sahiblərinin eyni hesabla qalib gələcəyini düşünür.
