7 may 2011 22:22
“Lənkəranda futbol oynamaqdan hər kəs zövq alır”
Premyer Liqanın 30-cu turunda "Xəzər Lənkəran"la qarşılaşan "Qarabağ" ikinci hissəyə əlavə olunmuş dəqiqələrdə İlqar Qurbanovun vurduğu qolla səfər oyununda 1 xal qazandı - 1:1. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bunları dilə gətirib:
"Lənkəranda futbol oynamaqdan hər kəs zövq alır. Belə şərait yaratdıqları üçün kluba təşəkkür edirəm. "Xəzər Lənkəran" çox gözəl oyun nümayiş etdirdi. Oyun ağır keçdi. Komandanın baş məşqçisi çox yaxşı komanda qurub. "Xəzər Lənkəran"a həm kubokun finalında, həm də çempionatda uğurlar arzulayıram".
