7 may 2011 22:25
Rednik: Qarabağ`ın oyunundan həzz aldım
"Xəzər Lənkəran" klubunun baş məşqçisi Mirça Rednik Premyer Liqanın 30-cu turunun “Qarabağ”la ev oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə ilə başa çatan qarşılaşmadan sonra bunları dilə gətirib:
"Fikrimcə, Azərbaycanın ən güclü və ən yaxşı oyun göstərən iki komandası qarşılaşdı. Çox gözəl, Avropasayağı oyun oldu. "Qarabağ" komandası çox yaxşı formalaşıb, baş məşqçisi isə yaxşı mütəxəssisdi. Bərabərlik oldu, çox məyus oldum. "Xəzər Lənkəran" azarkeşlərinə bizi sonadək dəstəklədiklərinə görə təşəkkür edirəm. "Qarabağ"la oynamaqdan şərəf duyuram. "Qarabağ" Azərbaycanda ən çox sevdiyim və ən çox sevilən bir klubdu. Qurban Qurbanova və komandasına uğurlar arzulayıram. Mən "Qarabağ"ın oyunundan həzz aldım".
