8 may 2011 00:05
Gümüşlə bürüncün taleyi son iki tura qaldı
Premyer Liqanın 30-cu turunun ilk oyun günü arxada qaldı. Azerisport.az xəbər verir ki, ilk oyun günü bir sıra əlamətdar məqamlarla yaddaqalan oldu.
Hər şeydən öncə Premyer Liqanı tərk edən ikinci komandanın adına tam aydınlıq gəlmiş oldu. 30-cu tur çərçivəsində keçirilən MOİK - "Simurq" oyunu növbəti mövsüm birinci divizionda çıxış edəcək növbəti komandanı da müəyyənləşdirdi. Bir neçə tur öncə aşağı diviziona yuvarlanan MOİK ev oyununda "Simurq"u yenməklə (1:0), Zaqatala klubunu da öz ardınca apardı. Qeyd edək ki, 2005-ci ildə yaradılan "Simurq" Premyer Liqaya 2006-cı ildə vəsiqə qazanmışdı. Ötən mövsümə qədər iddialı olan komanda 2008-2009 mövsümündə Premyer Liqanın bürünc medallarını qazanmışdı. Lakin bu mövsüm Zaqatala təmsilçisinin yenidən aşağı liqaya düşməsilə nəticələndi.
İlk oyun günündə dəqiqləşən daha bir məqam "Qarabağ"ın Avropa Liqasına rəsmən vəsiqə qazanması oldu. Lakin Ağdam təmsilçisi bu hüquqa "Bakı"nın AZAL-a qalib gəlməsi nəticəsində yiyələndi. Belə ki, "zolaqlılar" Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etdiyi rəqibini 2:1 hesabı ilə məğlub etdi. Bununla da "Qarabağ"la AZAL arasındakı xal fərqinin qalan iki turda əriməyəcəyi dəqiqləşdi. Halbuki, “təyyarəçilər” qələbə qazansaydı, buna ümid edə bilərdilər. Məhz mərkəzi arenadakı qarşılaşmada qeydə alınan nəticə sayəsində "Xəzər Lənkəran" - "Qarabağ" oyunundan və qarşıdakı iki turdan aslı olmayaraq, AZAL-ın medal qazana bilməyəcəyi də dəqiqləşdi. Ağdam klubu isə ən azı "bürünc"lə yanaşı, Avropa Liqasına da vəsiqə qazanacaq. Sadəcə onu qeyd edək ki, AZAL mükafatçılar sırasına düşməsə də, Avropa Liqasına vəsiqə qazanmaq hüququnu saxlayır. Bunun üçün "təyyarəçilər" əvvəlcə Premyer Liqada dördüncü pilləni tutmalı, sonra isə "Xəzər Lənkəran"ın Azərbaycan Kubokunun qalibi olmasını arzulamalıdı.
Ən nəhayət, Lənkərandakı gümüş mübarizəsi barədə. Bu qarşılaşma daha çox Lənkəran və Ağdam klublarının ikincilik uğrunda savaşı baxımından diqqət çəkirdi. Meydan sahibləri qələbə qazanacaqları halda demək olar ki, gümüş medalları təmin etmiş olacaqdılar. Elə məhz bunun vacibliyini başa düşən lənkəranlılar prinsipial görüşün ilk dəqiqələrindən irəli atıldılar və istəklərinə çatdılar. Onların bu üstünlüyü son dəqiqələrə qədər davam etməkdəydi. Hətta görüşün ehtiyat hakimi 90 dəqiqəyə təyin olunan əlavə vaxtı göstərəndə, artıq cənub təmsilçisinin qələbə qazanacağına yəqin ki, çoxları şübhə etmirdi. Lakin elə bu anda qonaqlar Lənkəran şəhərini şoka salan qola imza atdılar. “Qarabağ”dakı debüt matçına məhz sabiq klubuna qarşı oyunda çıxan İlqar Qurbanovun vurduğu qol da bu oyunda çıxışı qədər gözlənilməz oldu.
Beləcə, qeydə alınan bu nəticədən sonra tərəflər gümüş və bürünc medalların taleyini son iki tura saxlamış oldular. Dəqiq olan bir şey var ki, o da hər iki medalın “Xəzər Lənkəran” və “Qarabağ”a qismət olacağıdı.
Premyer Liqa
30-cu tur
Bakı - AZAL - 2:1 (1:0)
Qollar: Aleksandar Soliç, 20 (1:0), Usim Nduka, 66 (1:1), Vyaçeslav Sofroni, 79 (2:1).
Vərəqələr: Adnan Barakat, 13, Əziz Quliyev, 28, Vadim Borets, 36 - Elvin Əliyev, 24, Viktor İbekoyi, 45 – sarı.
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Aleksandr Musatkin, Anar Salmanov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Asif Namazov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
7 may 2011. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 100 tamaşaçı.
Bakı: 13. Aqil Məmmədov, 4. Vadim Borets, 5. Stefan Borbikoni, 7. Mahmud Qurbanov (k), 9. Vaqif Cavadov (27. Bəxtiyar Soltanov, 78), 11. Adnan Barakat (55. Junior Osvaldo, 69), 12. Vyaçeslav Sofroni, 29. Əziz Quliyev, 33. Stevan Bates, 39. Ruslan Leviqa (10. Nicat Abdullayev, 58), 77. Aleksandar Soliç.
Ehtiyat oyunçular: 23. Xalidu Sissoko, 3. Rafael Əmirbəyov, 18. Radomir Todorov, 20. Fabio Luis Ramim.
Baş məşqçi: Aleksandr Starkov.
AZAL: 12. Cahangir Həsənzadə, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k) (23. Pius İkedia, 46), 6. Ritus Krjauklis, 14. Elvin Əliyev, 10. Nuqzar Kvirtiya, 9. Viktor İbekoyi, 16. Mensur Limani, 17. Vüsal Qarayev (24. Enyo Krastovçev, 65), 15. Qvidas Yuska, 7. Tərlan Xəlilov (21. Mirko Bunyevçeviç, 80).
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 22. Anar Həsənli, 18. Cavid Rəhimov, 4. Namiq Abdullazadə.
Baş məşqçi: Nazim Süleymanov.
MOİK - Simurq - 1:0 (1:0)
Qol: Ruhid Usubov, 45.
Vərəqələr: Vüqar Əsgərov, 19, Comərd Baxşəliyev, 21; Natiq Əkbərov, 81, Ramil Əliyev, 82 - Əli Bağırov, 6; 29, Səbuhi Həsənov, 67 – sarı, Əli Bağırov, 29 – sarı.
Hakimlər: Teymur Fərhadov, Samir Hacıyev, Elşən Durmuşov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Ramiz Əliyev.
Hakim-inspektor: Akif Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
7 may 2011. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 100 tamaşaçı.
MOİK: 22. Tariyel Hüseynov, 3. Ramin Tanrıverdiyev, 4. Vüqar Əsgərov, 7. Nizami Hacıyev, 8. Ruhid Usubov (6. Emin Mustafayev, 66), 13. Comərd Baxşəliyev (18. Rafael Qəvami, 38), 14. Tural İsgəndərov, 17. Azər Həşimov (2. Rəşad Hacızadə, 70), 19. Natiq Əkbərov, 21. Emin Cəfərquliyev, 24. Ramil Əliyev (k).
Ehtiyat oyunçular: 12. Ceyhun Qədirli, 11. Zeynalabdin Hüseynov, 16. Şamil Səlimxanov, 20. Azər Səfərli.
Baş məşqçi: Ramil Əliyev.
Simurq: 1. Fuad Əhmədov, 17. Rüstəm Məmmədov, 28. İlkin Qırtımov, 2. Səbuhi Həsənov, 3. Rasim Ramaldanov (k) (16. Samir Musayev, 67), 21. Jivko Jelev (8. Qərib İbrahimov, 46), 5. Elvin Yunusov, 10. Vasif Əliyev (20. Qafar Qafarov, 46), 9. Əli Bağırov, 15. Elvin Musazadə, 25. Tofiq Mikayılov.
Ehtiyat oyunçular: 12. Tural Abbaszadə, 6. Mikayil Rəhimov, 27. Ramil Sayadov, 23. Camal Məmmədov.
Baş məşqçi: QyokoHaciyevski.
Xəzər Lənkəran - Qarabağ - 1:1 (1:0)
Qollar: Emeka Opara, 16 (1:0), İlqar Qurbanov, 90+1 (1:1).
Vərəqələr: Xristu Kyaku, 53, Adrian Pit, 66, Elnur Abdullayev, 70 - Rauf Əliyev, 12 – sarı.
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Rza Məmmədov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Səfər Haşımov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
7 may 2011. Lənkəran şəhər mərkəzi stadionu. 11000 tamaşaçı.
Xəzər Lənkəran: 1. Kamran Ağayev (k), 2. Elnur Allahverdiyev, 5. Dieqo Souza, 6. Simao Bruno (17. Xristu Kyaku, 32), 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev, 15. Emeka Opara (10. Elnur Abdullayev, 64), 16. Adrian Pit, 27. Manuel Skarlatake, 36. Uinston Parks, 84. Julius Vobay (77. Stelian Stanku, 72).
Ehtiyat oyunçular: 12. Yevgeni Kopil, 18. Alim Qurbanov, 19. İbrahima Banqura, 30. Katalin Doman.
Baş məşqçi: Mirça Rednik.
Qarabağ: 99. Boyan Pavloviç, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov (17. Vüqar Nadirov, 83), 11. Rauf Əliyev (9. Elvin Məmmədov, 46), 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 72. Devran Ayhan (18. İlqar Qurbanov, 70), 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 13. Samir Abasov, 20. Nderim Nedzipi.
Baş məşqçi: Qurban Qurbanov.
Hesabat turunun qalan görüşləri bu gün keçiriləcək: Muğan - Gəncə, Neftçi – İnter, Qəbələ - Turan.
|
1
|
Neftçi
|
29
|
19
|
8
|
2
|
52-13
|
65
|
|
2
|
Xəzər Lənkəran
|
30
|
15
|
11
|
4
|
35-17
|
56
|
|
3
|
Qarabağ
|
30
|
16
|
7
|
7
|
37-19
|
55
|
|
4
|
AZAL
|
30
|
12
|
9
|
9
|
33-27
|
45
|
|
5
|
İnter
|
29
|
12
|
8
|
9
|
28-24
|
44
|
|
6
|
Bakı
|
30
|
10
|
10
|
10
|
33-29
|
40
|
|
|
|||||||
|
1
|
Qəbələ
|
29
|
11
|
11
|
7
|
28-17
|
44
|
|
2
|
Muğan
|
29
|
11
|
8
|
10
|
25-28
|
41
|
|
3
|
Gəncə
|
29
|
8
|
11
|
10
|
29-31
|
35
|
|
4
|
Turan
|
29
|
6
|
6
|
17
|
21-41
|
24
|
|
5
|
Simurq
|
30
|
3
|
7
|
20
|
15-47
|
16
|
|
6
|
MOİK
|
30
|
3
|
6
|
21
|
10-53
|
15
|
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
14 - Georgi Adamiya (Qarabağ)
11 - Flavinyo (Neftçi)
10 - Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə), Qvidas Yuşka (AZAL).
