10 may 2011 00:01
Türkiyə çempionatı: Galatasaray autsayderi itkisiz keçdi (YENİLƏNİB)
Türkiyə Superliqasında 32-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Eskişehirspor” dogma meydanda “Kayserispor”la münasibətlərinə aydınlıq gətirib. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan tərəflərin mübarizəsindən qonaqlar qalib ayrılıb və 5-ci pillədəki mövqelərini möhkəmləndiriblər.
İkinci oyun günündə bir qarşılaşma təxirə salındığı halda, "İstanbul BB" "Antalyaspor"la heç-heçə etməli olub. "Gaziantepspor" isə "Manisaspor"a qalib gəlib.
Bazar günündə isə çempionluq mübarizəsi aparan komandaların taleyinə aydınlıq gəlmiş olub. "Fenerbahçe" səfərdə "Karabükspor"u minimal hesabla üstələyib. "Trabzonspor" isə "Bucaspor"la səfər matçında çətin qələbəyə sevinib.
Turun qapanış matçında "Galatasaray" evdə sonuncu pillədə qərarlaşan "Kasımpaşa" ilə qarşılaşıb və qələbə qazanıb.
Türkiyə Superliqası
32-ci tur
6 may
Eskişehirspor – Kayserispor – 1:2
Qollar: S.Özbayraktar, 42 – Ö.Şişmanoğlu, 16; 70.
7 may
İstanbul BB - Antalyaspor - 1:1
Qollar: Holosko, 61 - Tita, 20.
Bursaspor – Beşiktaş qarşılaşması oyundan öncə bursalı azarkeşlərin iğtişaşları səbəbindən təxirə salınıb
Gaziantepspor - Manisaspor - 1:0
Qol: O.Adin, 70.
8 may
Genclerbirliği - Konyaspor - 2:1
Qollar: Y.Öztekin, 40, O.Delibalta, 67 - M.Çağıran, 64.
Bucaspor - Trabzonspor - 1:2
Qollar: A.Özgen, 87 - B.Yılmaz, 21, Ü.Bulut, 88.
Karabükspor - Fenerbahçe - 0:1
Qol: Luqano, 67.
Sivasspor – Ankaragücü - 1:1
Qollar: S.Bayrak, 74 - Şestak, 61.
9 may
Galatasaray - Kasımpaşa - 3:1
Qollar: Stanku, 35, Baroş, 60, S.Çetin, 81 - Dimitrov, 45.
| 1 | Fenerbahce | 32 | 24 | 4 | 4 | 74 | - | 31 | 76 |
| 2 | Trabzonspor | 32 | 23 | 7 | 2 | 62 | - | 22 | 76 |
| 3 | Bursaspor | 31 | 15 | 10 | 6 | 46 | - | 26 | 55 |
| 4 | Gaziantepspor | 32 | 16 | 7 | 9 | 42 | - | 32 | 55 |
| 5 | Kayserispor | 32 | 14 | 8 | 10 | 42 | - | 39 | 50 |
| 6 | Besiktas | 31 | 13 | 8 | 10 | 47 | - | 35 | 47 |
| 7 | Eskisehirspor | 32 | 11 | 11 | 10 | 36 | - | 37 | 44 |
| 8 | Ankaragucu | 32 | 10 | 11 | 11 | 50 | - | 53 | 41 |
| 9 | Istanbul BB | 32 | 12 | 5 | 15 | 39 | - | 42 | 41 |
| 10 | Karabukspor | 32 | 11 | 8 | 13 | 44 | - | 48 | 41 |
| 11 | Genclerbirligi | 32 | 10 | 10 | 12 | 41 | - | 47 | 40 |
| 12 | Galatasaray | 32 | 12 | 4 | 16 | 36 | - | 44 | 40 |
| 13 | Manisaspor | 32 | 12 | 3 | 17 | 45 | - | 50 | 39 |
| 14 | MP Antalyaspor | 32 | 9 | 12 | 11 | 37 | - | 44 | 39 |
| 15 | Sivasspor | 32 | 8 | 10 | 14 | 39 | - | 52 | 34 |
| 16 | Bucaspor | 32 | 6 | 7 | 19 | 32 | - | 58 | 25 |
| 17 | Konyaspor | 32 | 4 | 11 | 17 | 27 | - | 46 | 23 |
| 18 | Kasimpasa | 32 | 5 | 8 | 19 | 31 | - | 64 | 23 |
