10 may 2011 01:40
İtaliya çempionatı: Juve yenə qələbəni əldən verdi (YENİLƏNİB)
İtaliya A Seriyasında 36-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Palermo” dogma meydanda “Bari”ni qəbul edib və növbəti 3 xal sayəsində şansını saxlayıb. Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Roma” isə çempionluğunu qeyd etməyə hazırlaşan lider “Milan”ı qəbul edib. Qonaqlar ən azı 1 xal qazanacağı halda erkən çempionluq sevinci yaşamış olacaqdı. 90 dəqiqənin tamamında tərəflər qol vura bilməyincə, qonaqlar tarixinin 18-ci çempionluğunu məhz Romada rəsmiləşdiriblər.
İkinci oyun günündə də maraqlı qarşılaşmalar baş tutub. Liderin əsas izləyicilərindən "İnter" evdə "Fiorentina"nı məğlub edib. "Napoli" isə səfərdə "Lecce"yə uduzub. ÇL-ə vəsiqə uğrunda döyüşən "Udinese" ilə "Lazio"nun duelindən isə meydan sahibləri qalib ayrılıb.
Nəhayət, turun qapanış matçında "Juventus" evdə "Chievo" ilə qarşılaşıb. Görüşdə 2 top fərqiylə öndə olan turinlilər cəmi 1 dəqiqə ərzində 2 qol buraxmaqla, qələbədən olublar.
İtaliya A Seriyası
36-cı tur
7 may
Palermo – Bari – 2:1
Qollar: Mikkoli, 39, Bovo, 53 – Bentivoglio, 7.
Roma – Milan – 0:0
8 may
Bologna - Parma - 0:0
Brescia - Catania - 1:2
Qollar: Diamanti, 90 - Silvestre, 27, Bergessio, 75.
Cagliari - Cesena - 0:2
Qollar: Ximenes, 54, Malonga, 84.
Inter - Fiorentina - 3:1
Qollar: Patsini, 25, Kambiasso, 28, Koutinyo, 77 - Cilardinyo, 74.
Lecce - Napoli - 2:1
Qollar: Korviya, 49-pen, Çevanton, 88 - Maskara, 67.
Udinese - Lazio - 2:1
Qollar: Di Natale, 35; 42 - Kazak, 76.
Qonaqların üzvü Sarate 67-ci dəqiqədə penaltidən yararlana bilməyib
Genoa - Sampdoria - 2:1
Qollar: Flores, 45, Boselli, 90 - Potsi, 67.
9 may
Juventus – Chievo - 2:2
Qollar: Del Pyero, 13-pen, Matri, 55 - Uribe, 68, Sardo, 69.
| 1 | Milan | 36 | 23 | 9 | 4 | 61 | - | 23 | 78 |
| 2 | Inter | 36 | 22 | 6 | 8 | 65 | - | 40 | 72 |
| 3 | Napoli | 36 | 21 | 5 | 10 | 56 | - | 36 | 68 |
| 4 | Udinese | 36 | 19 | 5 | 12 | 63 | - | 43 | 62 |
| 5 | Lazio | 36 | 18 | 6 | 12 | 47 | - | 35 | 60 |
| 6 | Roma | 36 | 17 | 9 | 10 | 55 | - | 49 | 60 |
| 7 | Juventus | 36 | 15 | 12 | 9 | 55 | - | 44 | 60 |
| 8 | Palermo | 36 | 16 | 5 | 15 | 55 | - | 59 | 53 |
| 9 | Fiorentina | 36 | 12 | 13 | 11 | 46 | - | 41 | 49 |
| 10 | Genoa | 36 | 13 | 9 | 14 | 40 | - | 41 | 48 |
| 11 | Cagliari | 36 | 12 | 8 | 16 | 42 | - | 46 | 44 |
| 12 | Catania | 36 | 11 | 10 | 15 | 37 | - | 48 | 43 |
| 13 | Chievo | 36 | 10 | 13 | 13 | 35 | - | 37 | 43 |
| 14 | Parma | 36 | 10 | 12 | 14 | 37 | - | 46 | 42 |
| 15 | Bologna | 36 | 11 | 11 | 14 | 34 | - | 47 | 41 |
| 16 | Cesena | 36 | 10 | 10 | 16 | 35 | - | 47 | 40 |
| 17 | Lecce | 36 | 10 | 8 | 18 | 42 | - | 62 | 38 |
| 18 | Sampdoria | 36 | 8 | 12 | 16 | 31 | - | 44 | 36 |
| 19 | Brescia | 36 | 7 | 10 | 19 | 32 | - | 49 | 31 |
| 20 | Bari | 36 | 4 | 9 | 23 | 23 | - | 54 | 21 |
