9 may 2011 01:56
Fransa çempionatı: Olimpik`lərin duelini Lion qazandı (YENİLƏNİB)
Fransa çempionatında 34-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hesabat turunun əksər qarşılaşmaları ilk oyun gününə təsadüf edib.
Lider “Lille” səfərdə çempionatın autsayderlərindən olan “Nancy” ilə qarşılaşıb və minimal hesablı qələbə sayəsində zirvədəki mövqeyini daha da möhkəmləndirib. Liderin əsas izləyicilərindən olan PSG isə “Monaco” ilə səfər matçında sadəcə məğlubiyyətdən xilas olmasına sevinib. Özü də türkiyəli futbolçusu Mevlut Erdinçin sayəsində.
Son oyun günündə isə iki görüş baş tutub. Çempionatda qalmağa çalışan “Valenciennes” dogma meydanda Çempionlar Liqasına düşməyə çalışan “Rennes”i qəbul edib və rəqibinə ağır zərbə vurub. Lion “Olympique”i isə Marsel şəhərini təmsil edən adaşıyla qarşılaşıb. Kifayət qədər qollu alınan qarşılaşmada meydan sahibləri 3 xala sevinən tərəf olublar.
Fransa, Liqa 1
34-cü tur
7 may
Arles-Avignon - Saint-Etienne – 0:1
Qol: Alonso, 32-pen.
Auxerre – Montpellier – 1:0
Qol: Konto, 79.
Bordeaux – Sochaux – 0:4
Qollar: İdeye, 9; 30, Perkis, 11, Budebuz, 22.
Brest – Nice – 0:0
Caen – Lens – 1:1
Qollar: Nyanq, 2 – Varane, 37.
Lorient – Toulouse – 0:0
Monaco – PSG – 1:1
Qollar: Da Silva, 25 – M.Erdinç, 51.
Nancy – Lille – 0:1
Qol: Hazard, 45.
8 may
Valenciennes - Rennes - 2:0
Qollar: Kadir, 18, Daniç, 53.
Olympique (Lion) – Olympique (Marsel) - 3:2
Qollar: Lisandro, 25-pen, Delqado, 68, Kris, 84 - Qonsales, 70, Remi, 77.
| 1 | Lille | 34 | 18 | 12 | 4 | 60 | - | 31 | 66 |
| 2 | Olympique (Marsel) | 34 | 17 | 11 | 6 | 53 | - | 33 | 62 |
| 3 | Olympique (Lion) | 34 | 16 | 11 | 7 | 58 | - | 35 | 59 |
| 4 | PSG | 34 | 15 | 12 | 7 | 51 | - | 35 | 57 |
| 5 | Rennes | 34 | 14 | 10 | 10 | 33 | - | 28 | 52 |
| 6 | Sochaux | 34 | 14 | 7 | 13 | 52 | - | 40 | 49 |
| 7 | Lorient | 34 | 12 | 12 | 10 | 42 | - | 39 | 48 |
| 8 | Saint Etienne | 34 | 12 | 12 | 10 | 42 | - | 40 | 48 |
| 9 | Bordeaux | 34 | 10 | 15 | 9 | 40 | - | 39 | 45 |
| 10 | Montpellier | 34 | 11 | 11 | 12 | 29 | - | 37 | 44 |
| 11 | Toulouse | 34 | 12 | 7 | 15 | 34 | - | 35 | 43 |
| 12 | Valenciennes | 34 | 9 | 15 | 10 | 40 | - | 37 | 42 |
| 13 | Auxerre | 34 | 8 | 18 | 8 | 38 | - | 38 | 42 |
| 14 | Brest | 34 | 10 | 12 | 12 | 34 | - | 37 | 42 |
| 15 | Monaco | 34 | 8 | 16 | 10 | 34 | - | 34 | 40 |
| 16 | Caen | 34 | 10 | 10 | 14 | 41 | - | 48 | 40 |
| 17 | Nice | 34 | 9 | 13 | 12 | 27 | - | 41 | 40 |
| 18 | Nancy | 34 | 10 | 8 | 16 | 32 | - | 46 | 38 |
| 19 | Lens | 34 | 6 | 13 | 15 | 33 | - | 52 | 31 |
| 20 | Arles-Avignon | 34 | 1 | 11 | 22 | 16 | - | 64 | 14 |
