8 may 2011 14:38

Qızına görə baş məşqçi postundan ayrıldı

“Beşiktaş”ın sabiq baş məşqçisi kimi tanıdığımız Jan Tiqana yenidən işsiz qalıb. Azerisport.az xəbər verir ki, o, dünən keçirilən Fransa çempionatının 34-cü turunun oyunundan sonra “Bordeaux”dakı vəzifəsindən ayrıldığını bildirib.
 
Buna onun doğma meydanda “Sochaux” ilə qarşılaşmada üzləşdiyi ağır məğlubiyyət səbəb olub. Belə ki, “Bordeaux” bu görüşdə 4 cavabsız qolla məğlub olub.
 
Qeyd edək ki, bu komandada böyük təzyiqlərlə üzləşdiyini hələ bir müddət öncə də dilə gətirən Tiqana istefa vermək istəsə də, rəhbərlik qəbul etməmişdi. Lakin bu dəfə artıq vəziyyətin dözülməz həddə çatdığını deyən mütəxəssis istefasının səbəblərindən danışarkən bunları söyləyib:
 
“Həm mənim, həm də klub üçün bərbad bir gündü. Qızıma tribunada sözlü təzyiqlər, təcavüzlər oldu. Onun məktəbində də problemləri var. Bu üzdən mən də qərarımı verməli oldum”.
 
Qeyd edək ki, Tiqana “Bordeaux”nun sükanı arxasına bu mövsüm keçmişdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.