8 may 2011 01:47
Nəbiyev yenə AZAL-ın hücumçularından şikayətləndi
AZAL-ın kapitanı Aqil Nəbiyev Premyer Liqanın 30-cu turunun “Bakı” ilə səfər oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, komandasının 1:2 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Mən yenə qazandığımız nəticədən də, forvardlarımızdan da narazıyam. Bilmirəm nəyə görə son vaxtlar belə oynamağa başlamışıq. Amma əlbəttə, bu, futboldu. Burda hər istəyinə asanlıqla nail ola bilmirsən”.

Maraq üçün xatırladaq ki, zədə səbəbindən bu dəfə də sona kimi mübarizə apara bilməyən Nəbiyev hələ “İnter”lə kubok oyunundakı yenilgidən (0:1) sonra saytımıza müsahibəsində komandasının hücumçularından kəskin narazılığını dilə gətirmişdi.