8 may 2011 17:53

Çempionlar sülhə razılaşdı, Qəbələ və Muğan qələbə qazandı(YENİLƏNİB)

Bu gün Premyer Liqanın 30-cu turunun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, hesabat turunun ikinci oyun günündə də 3 qarşılaşma baş tutub.
 
Son oyun günü “Muğan” – “Gəncə” dueli ilə start götürüb. Meydan sahibləri bu görüşdən 3 xalla ayrılmağı bacarıblar. Yeni çempion “Neftçi” köhnə çempion “İnter”lə münasibətlərinə aydınlıq gətirib. Lakin kifayət qədər sönük keçən qarşılaşmada qol vurulmayınca, tərəflər sülhə razılaşıb. “Qəbələ” isə bu günlərdə Naci Şensoyla yollarını ayıran “Turan”ı qəbul edib və rəqibi üzərində minimal hesablı qələbəyə sevinib.
 
Premyer Liqa
30-cu tur
8 may
 
MUĞAN - GƏNCƏ - 2:1 (2:1)
Qol: Miloş Zeçeviç, 2-pen. (1:0), A.Qutyerres, 12 (2:0), E.Hodziç, 34 (2:1).
Bakı. "Şəfa" stadionu.
 
Oyun başladı
"Muğan" oyuna fəal başlayıb
2. Con Pelu qapıçı ilə təkbətək çıxsa da, Ruslan Məcidov onu kobudluqla dayandırır. Nəticədə baş hakim ona sarı vərəqə verməklə yanaşı qonaqların qapısına penalti təyin edir
3. Miloş Zeçeviç R.Məcidovla mübarizədən qalib ayrılır - 1:0
5. Ceyhun Sultanovun qüvvətli zərbəsi dəqiq olmur
9. A.Qutyerresin cərimə zərbəsini R.Məcidov son anda kornerə çıxarmaqla komandasını qoldan xilas edir
12. C.Pelu - N.Məmmədov - A.Qutyerres üçlüyündən gözəl kombinasiyalı hücumu sonuncu baxımlı qolla tamamladı - 2:0
15. "Gəncə" fərqi azaltmağa yaxın olsa da, meydan sahibləri qola imkan vermirlər
Qonaqlar artıq üstünlüyə yiyələnib
19. Georgi Qulordava Ramal Hüseynova qarşı kobud oyuna görə sarı vərəqə alan növbəti futbolçu olur
Rəqibinə topla oynamaq imkanı yaradan meydan sahibləri artıq əks-hücum taktikası seçib
34. Qonaqların təzyiqi bəhrəsini verir: Ekrem Hodziç topu öz qapısına göndərir - 2:1
38. "Gəncə"nin qapısı qarşısında qarışıqlıq zamanı Hodziç səhvini yumağa yaxın olsa da, onun baş zərbəsi tirdən qayıdır
44. R.Hüseynov Qulordavaya qarşı kobud oyuna görə sarı vərəqə alır. Meydanda gərginlik yaşanır
45. Tural Axundov da sarı vərəqə alan futbolçu olur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
56. Qulordavanın zərbəsi qapıdan yan keçir
66. "Muğan"ın çox gözəl düşünülmüş növbəti hücumu zamanı son anda müdafiəçi təhlükəni sovuşdura bilir
68. Amil Ağacanov komandasını qoldan xilas edir
69. C.Sultanovun zərbəsi qapının üstündən keçir
70. Novruz Məmmədov kobud oynadığı üçün sarı vərəqə ilə cəzalanır
71. Junivan Suaresin təhlükəli zərbəsində azacıq dəqiqlik çatışmır
77. Sabir Allahquliyevin baş zərbəsi də təhlükəli olmasına rəğmən qol gətirmir
83. "Muğan"da Reys Klaudineyi Fərid Həşimzadə ilə əvəzləyir
87. Ruslan Məcidov komandasını real qoldan xilas edir
90. Qulordavanı Elşən Məmmədov əvəzləyir
Oyunun əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+3. Amil Ağacanov komandasını qoldan xilas edir
Matç başa çatdı
 
NEFTÇİ - İNTER - 0:0 (0:0)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
Oyun başladı
Komandalar ilk dəqiqələrdən hələlik kəşfiyyat xarakterli hücumlara üstünlük verirlər
"Neftçi"də əvəzedici heyətin bir çox üzvünü meydanda görmək olur
15. Hələlik qapılar qarşısında bir dənə də olsun təhlükəli qol vəziyyəti yaşanmayıb
20. Oyunda ilk təhlükəli vəziyyət Cavid Hüseynovun sürətli reydindən sonra yaransa da, son anda G.Lomaya komandasını qoldan xilas edir
31. "İnter" qol vurmağa yaxın olsa da, azacıq qeyri-dəqiqlik Abramidzenin sevincinə mane olundu
Meydandakı mübarizəni heç də çempionlara layiq hesab etmək olmaz
44. Nasimova qarşı qayda pozuntusuna görə təhlükəli nöqtədə cərimə zərbəsi təyin edilir
45. Ruslan Əmircanovun cərimə zərbəsini son anda Lomaya kornerə çıxarmaqla təhlükəni sovuşdurur
45. Nasimovun künc nöqtəsindən göndərilən topu qapıya göndərmək cəhdi faydasız qalır
45+1. "İnter"in təhlükəli hücumu zamanı Elçin Sadıqov "Neftçi"ni qoldan xilas edir
Birinci hissə başa çatır
İkinci hissə başlayır
"Neftçi"də Araz Abdullayevi Alessandro, "İnter"də isə David Odikadzeni Daniel Genov əvəzləyir
Fasilədən sonra da meydanda sönük oyun gedir
"İnter"də növbəti əvəzləmə: Petar Zlatinov zədələndiyi üçün Elnur Abdulovla əvəzlənir
58. Nasimov əla şansa malik olsa da, zərbəsi zəif alınır
60. Cavid İmamverdiyevin əvəzində meydana Amit Quluzadə daxil olur
63. Rodriqinyo A.Çertoqanovu kobudluqla dayandırır. Kruqlovun təhlükəli nöqtədən yerinə yetirdiyi cərimə zərbəsini E.Sadıqov tutur
66. Cavid Hüseynov rəqibini əllə saxladığına görə oyunda sarı vərəqə alan ilk futbolçu olur
67. Ruslan Əmircanov isə əllə oynadığına görə sarı vərəqə alır
68. Genovun yerinə yetirdiyi cərimə zərbəsini E.Sadıqov asanlıqla tutur
72. D.Kruqlov da sarı vərəqə alan futbolçuların sırasına qoşulur
78. "Neftçi"də Rodriqinyonu Ruslan Qurbanov əvəzləyir
81. Filip Despotovskini Şəhriyar Rəhimov əvəzləyir
89. Genovun baş zərbəsi qapının yanından keçir
Oyunun əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatır
 
QƏBƏLƏ - TURAN - 1:0 (1:0)
Qol: Yaşar Abuzərov, 14 (1:0).
Qəbələ. Şəhər stadionu.
 
Oyun başladı
Qonaq komandanın üzvləri topu tora qovuşdursa da, hakim bundan öncə ofsayd qeydə alır
Meydan sahibləri oyunda daha fəal olan tərəfdi
Subaşiçin zərbəsi zamanı top tirdən dönür
14. "Qəbələ"nin təzyiqi bəhrəsini verir. Yaşar Abuzərov meydan sahiblərini hesabda önə keçirir - 1:0
Qoldan sonra demək olar ki, meydanda bərabər mübarizənin şahidi olmaqdayıq
Milan Antiçin zərbəsi dəqiq olmur
Birinci hissə başa çatır
İkinci hissə başladı
"Turan" ikinci hissəyə dəyişikliklərlə başlayır: Rəşid Həsənov və Ruslan Namazovu Hüseyn İsgəndərovla Martin Kerçev əvəzləyir
Murad Hüseynovun zərbəsində azacıq dəqiqlik çatışmır
Fərmayil Əliyev qonaqları sevindirməyə yaxın olsa da, 3 metrdən dəqiq zərbə vura bilmir
"Qəbələ"də Subaşiçi Kristian Torres əvəzləyir
Murad Hüseynovun təhlükəli cərimə zərbəsi zamanı qonaqların qapıçısı komandasını qoldan xilas edir
Vurğun Hüseynov yeni mövsümdən şərəfini qoruyacağı "Qəbələ"ni cəzalandırmağa yaxın olsa da, cərimə zərbəsində azacıq dəqiqlik çatışmır
"Turan"da Xəyal Qarayevi Məhərrəm Müslümzadə əvəzləyir
Matç başa çatır
 
Qeyd edək ki, turun digər oyunları dünən keçirilmişdi: Bakı – AZAL – 2:1, MOİK – Simurq – 1:0, Xəzər Lənkəran – Qarabağ – 1:1.
 
1
Neftçi
30
19
9
2
52-13
66
2
Xəzər Lənkəran
30
15
11
4
35-17
56
3
Qarabağ
30
16
7
7
37-19
55
4
AZAL
30
12
9
9
33-27
45
5
İnter
30
12
9
9
28-24
45
6
Bakı
30
10
10
10
33-29
40
 
1
Qəbələ
30
12
11
7
29-17
47
2
Muğan
30
12
8
10
27-29
44
3
Gəncə
30
8
11
11
30-33
35
4
Turan
30
6
6
18
21-42
24
5
Simurq
30
3
7
20
15-47
16
6
MOİK
30
3
6
21
10-53
15

Bombardirlər:

15 - Bahodir Nasimov (Neftçi)
14 - Georgi Adamiya (Qarabağ)
11 - Flavinyo (Neftçi)
10 - Rauf Əliyev (Qarabağ), Junivan Suares (Gəncə), Qvidas Yuşka (AZAL).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.