8 may 2011 15:33
Devid Bekhem avtomobil qəzasına düşdü
Ünlü ingilis futbolçu Devid Bekhem avtomobil qəzasına uğrayıb. Azerisport.az xəbər verir ki, o, Los Ancelesdə “Cadillac” markalı maşını ilə hərəkət edərkən başqa bir avtomobillə toqquşub.
Xoşbəxtlikdən Bekhem özü bu qəzadan heç bir yara almadan, sağ qurtarıb. Lakin onun vurduğu “Mitsubishi” markalı avtomobil böyük ziyan çəkib. Elə həmin maşının sürücüsünün də yaralandığı məlum olub. Lakin yarası yüngül olan 40 yaşlı həmin şəxs dərhal xəstəxanaya götürülüb və həyati təhlükəsinin olmaması məlum olub.
Qeyd edək ki, Devid Bekhem hazırda ABŞ-ın “Los Angeles Galaxy” klubunda forma geyir.
