8 may 2011 16:36

Real Sevilyada da xoşagəlməz olayla üzləşdi

Madridin “Real” klubu yenə xoşagəlməz olayla üzləşib. Azerisport.az xəbər verir ki, dünən keçirilən “Sevilla” ilə oyundan sonra geri qayıdarkən komandanın avtobusu “San-Pablo” aeroportu yaxınlığında sevilyalı tərəfdarlar tərəfindən daş-qalaq edilib.
 
Azarkeşlər qonaq komandanı daşa basıb ki, bu zaman hətta avtobusun şüşələri də sındırılıb. Lakin xoşbəxtlikdən ciddi zərər çəkən olmayıb.
 
Qeyd edək ki, Madrid klubu bu mövsüm artıq neçənci dəfədi belə olaylarla üzləşir. Elə bu yaxınlarda “Barcelona” ilə səfər oyunu zamanı rəqib komandanın azarkeşləri bu komandanı daşa basmışdı. Fevralda “Deportivo” fanatları da “Real”a məhz oxşar şəkildə “xoş gəldin” etmişdi. Lakin onlar bir qədər yüngül artilleriyadan – yumurtadan yararlanmışdılar.
 
Sonda onu da xatırladaq ki, “Real” “Sevilla” ilə səfər matçında 6:2 hesablı qələbəyə sevinmişdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.